Subaru şirkəti Cenevrədə keçirilən avtosalona Viziv Tourer adlandırılan konseptual universal ilə qatılıb. Konsept ənənəvi qapı dəstəklərindən və yan güzgülərdən məhrum edilib.
Yapon istehsalçısı prototip haqqında ətraflı məlumat verməyib. Şirkətdən konseptin tam çəkiş sistemi, oppozit mühərriki, həmçinin növbəti nəsil EyeSight kompleksi ilə təchiz edildiyi bildirilib. Sonuncu təhlükəsizlik sistemlərini və elektron köməkçiləri özündə birləşdirir.
Konseptin şəkillərinə nəzər salsaq onun kuzovunun aşağı hissəsinin kompozit materiallardan hazırlandığını görmək olar. Bununla belə, yapon istehsalçısı avtomobilin interyerinin şəkillərini yaymayıb. İlkin olaraq Subaru Viziv adını krossover və ofroderlərin prototiplərinə verirdi. Lakin, keçən il istehsalçı ənənəni pozaraq bu adı “qaynar” sedanın prototipi olan Viziv Performance Concept modelinı bəxş edib.
Bu il həmin konseptin “qaynar” STI-modifikasiyası da nümayiş etdirilib.