Alfa Romeo markası Cenevrə avtosalonunda yığcam krossoverin konseptini təqdim edib. Tonale adını almış konseptin seriya variantı istehsalçının model xəttində Stelvio modelindən bir pillə aşağıda duracaqdır. Alfa Romeo Tonale hibrid güc qurğusu ilə təchiz ediləcəkdir.
Konseptin zahiri görkəmi çox effektiv alınıb: ön tərəf geriyə mailliiyə malikdir, ön fənərlər isə kapot və bamper arasındakı üfüqi yarıqda yerləşdirilib. Fənərlər gündüz hərəkət işıqlarının köməyi ilə üç yerə ayrılıbdır və keçən əsrin 80-ci illərinin qeyri-adi SZ və RZ modellərini xatırladır. Arxa optika da bənzər şəkildə dizayn edilibdir. Arxa qapıların dəstəkləri arxa dayaqda gizlədilib, qapılar isə, çərçivəsizdirlər. Arxa şüşə böyük bucaq alrında yerləşdirilsə də, krossoveri dəbdə olan “kross-kupelərə” aid etmək olmaz.
Gələcək seriya krossoveri məişət şəbəkəsindən qidalanan hibrid güc aqreqatını almalıdır. Bənzər aqreqat yaxın aylarda Jeep Renegade modelinin mühərrik çeşidinə daxil ediləcəkdir.Çox güman ki, Alfa Romeo Tonale modelinin seriya variantı FCA Small US Wide 4x4 platformasında inşa ediləcəkdir.