Aston Martin şirkəti Cenevrədə AM-RB 003 adlı ortamühərrikli hiperkarın prototipini təqdim edib. Hiperkar avtomobil sənayesinin tarixində ilk dəfə olaraq formasını dəyişən aktiv antiqanad ilə təchiz olunur. Aston Martin AM-RB 003 hiperkarı 500 nüsxəlik tirajla buraxılacaqdır.
Yeni hiperkar Red Bull Advanced Technologies mühəndislik firmasının yardımı ilə yaradılıb. Aston Martin Valkyrie modelinin yaradılmasında iştirak etmiş firma, AM-RB 003 modelinin dizayn və texniki hissənin hazırlanmasına cavabdeh olub. Aston Martin Valkyrie modelində götürülmüş aerodinamika, unikal FlexFoil texnologiyası ilə tamamlanıb.
FlexFoil dəyişən formaya malik olan və hücum bucağını dəyişmədən yerəbasma gücünü tənzimləyən antiqanaddır. Bu texnologiya aeronavtikadan götürülüb. Orada bu texnologiya aktuatorlar tərəfindən idarələnən və qanadlara inteqə edilən adaptiv çəpərciklərdə istifadə olunur. FlexFoil müqavimət əmsalını azaltmağa və hava axınlarının burulmasının qarşısını alır. Avtomobilin seriya variantında antiqanad ön və arxa kənarın güclü əyilməsini təmin edəcək, aktuatorların işə düşməsi sürəti isə hiss olunacaq dərəcədə tezləşəcəkdir.
Qalan sahələrdə AM-RB 003 Valkyrie modelini təkrar edir. Hiperkarların nəinki silueti eynidir, hətta onların işıq texnikası da bənzərlik daşıyır. Aston Martin nümayəndələri AM-RB 003 modelinin fənərlərinin DB11 modelinin bir fənərindən yüngül olduğunu qeyd edib.
Hiperkarın salonu daha genişdir ki, bunun üçün mərkəzi konsolun enini artırmaq gərək olub. Oturacaqların arxasında baqaj üçün bölüm yerləşir. Bununla belə, kokpitin dizaynı daha minimalistik olub. Rəqəmsal cihazlar paneli sükan çarxında yerləşdirilib. Multimedia sisteminin displeyini isə smartfon əvəz edir. Ön paneli və qapıları haşiyələndirən üfüqi zolaqlar bir neçə funksiyanı yerinə yetirir. Onlar həm havalandırma sisteminin deflektorları, həm audiosistemin dinamikləri, həm də salonun kontur işıqlandırması rolunu oynayır.
Hiperkarın cihazlar paneli 3D-printerdə çap edilib ki, bu da onun çəkisini 50% azaltmağa imkan verib. Funksional düymələr detalın strukturuna inteqrə olunub. Salonun tərtibatı üçün müxtəlif kompozit materiallardan istifadə edilib.
Aston Martin AM-RB 003 modelinin əsasını karbon monokok təşkil edir. Avtomobilin kuzov panelləri də karbondan hazırlanır. Kupe V6 turbomühərrikinin əsasında yaradılmış hibrid güc qurğusu, aktiv asqı, yeyinçıxarılan konteyneri olan Nexcel yağlama sistemi və Vulcan trek modelindən alınmış elektron idarəetmə bloku ilə təchiz edilir.