Aston Martin şirkətinin Cenevrədə nümayiş etdirdiyi üçüncü yenilik Vanquish Vision Concept prototipi olub. Ortamühərrikili seriyanın dördüncü modeli olan konsept seriya superkarının zahiri görkəmini nümayiş etdirir. Kupe məxsusi olaraq onun üçün hazırlanmış alüminium platformada inşa edilib və V-şəkilli altısilindrli mühərrik ilə təchiz olunub.
Vanquish adı əvvəllər britaniya markasının bayraqdar modellərinə verilirdi. İndi isə, Aston Martin bu addan yenidən istifadə etmək niyyətindədir. Yeni ad, Aston Martin markasını «ənənəvi olaraq dəbdəbəli idman avtomobillərinin mərkəzi sayılan» seqmentə çıxaracaq yeni və iddialı model üçün istifadə ediləcəkdir.
Aston Martin Vanquish Concept prototipinin eksteryer dizaynı AM-RB 003 və Valkyrie modelllərində olduğu qədər ekstremal deyil və daha ənənəvi xarakterə malikdir. Seriya avtomobilinin hazırlanması top hiperkarlarla eyni prinsip üzrə aparılır: aerodinamik effektivlik, az çəki və genişləndirilmiş təchizat.
Aston Martin Vanquish Concept konseptinin seriya variantı 2022-ci ildə işıq üzü görəcəkdir.