Audi şirkəti Cenevrədə keçirilən avtosalonda Q4 e-tron modeli ilə yanaşı e-tron Sportback modelinin prototipini nümayiş etdirib. Bu prototip İnqolştadt istehsalçısının «yaşıl» model xəttindəki ikinci modeli olacaqdır. Prototipin seriya variantı bu ilin ikinci yarısında debüt etməlidir.
Audi şirkəti e-tron Sportback modelinin texniki hissəsi barədə məlumat verməyib. Böyük ehtimalla, Sportback da e-tron kimi təkmilləşdirilmiş MLB platformasında inşa edilib. Kupeşəkilli krossover quattro tam çəkiş sistemi ilə təchiz edilib və 150 kilovatlıq terminallardan yeyin yükləməni dəstəkləyir.
Nümayiş etdirilmiş prototipə baxdıqda onun e-tron modeli ilə yalnız dam xətti ilə fərqləndiyini görmək olar. Çox güman ki, iki avtomobilin dizaynında elə də ciddi fərq olmayacaqdır. Eyni zamanda, onların texniki hissəsi də bənzər olab bilər. Xatırladaq ki, Audi e-tron ümumi gücü 360 at qüvvəsi, fırlanma anı isə 561 Nm olan iki asinxron elektrik mühərrikləri ilə təchiz edilir. 95 kilovat-saatlıq batareya sayəsində krossover 400 kilometrə yaxın məsafə qət edir.
Audi e-tron modelinin mütərəqqi rekuperasiya sistemi onun yürüş məsafəsinin 30 faizini təmin edir. 0,3 g yükləmələri zamanı, krossover əyləclərdən istifadə etmədən elektromor sayəsində enerji toplayır. Krossoverin təchizatına dördsəviyyəli dayanıqlılığa elektron nəzarət sistemi və idarəetmə elektronikasının yeddi profilinə malik olan hərəkət rejimlərinin seçilməsi sistemi daxildir.