Jeep markası Cenevrədə keçirilən avtosalonda benzin-elektrik güc qurğusu ilə təchiz edilmiş iki krossoveri nümayiş etdirib. Bunlar Jeep Renegade və Jeep Compass modelləridir.
Hibrid güc qurğusunun tərkibinə ön təkərləri hərəkətə gətirən yeni 1,3-litrlik benzin turbomühərriki və arxa oxun hərəkətə gəlməsinə cavabdeh olan elektrik mühərriki daxildir. Cenevrədə yalnız hər iki hibrid Jeep modellərinin öncədən nümayişi həyata keçirilib. Avtomobillərin texniki hissəsi və xarakteristikaları barədə məlumat verilməyib. Yığcam Jeep Renegade modelinin güc qurğusu 190-240 at qüvvəsi arasında gücə sahib olmalıdır. Renegade Hybrid 100 km/saat həddinə təxminən yeddi saniyəyə sürətlənəcəkdir. Jeep Compass modelinin kapotu altında ən güclü variant - 240 at qüvvəli qurğu yerləşdiriləcəkdir.
Hər iki hibridi məişət elektrik şəbəkəsindən qidalandırmaq mümkün olacaqdır. Batareyaların həcmi avtomobillərə elektrik ötürməsi ilə 50 kilometr qət etməyə və 130 km/saat həddinə kimi sürətlənməyə imkan verəcəkdir. İlkin məlumata görə, hibridlərin ortalama yanacaq sərfiyyatı 100 kilometrə 2,1 litrdən çox olmayacaqdır.
Hər iki hibrid modelin salonu praktiki olaraq benzin alanoqlarından fərqlənmir. Onlar yalnız güc qurğunun iş rejimlərinin dəyişdirilməsi selektoru, hibrid aqreqatın fəaliyyəti barədə xüsusi qrafikasını əks etdirən multimedia sistemi və enerji balansını göstərən cihazlar paneli ilə seçilirlər.