Aston Martin şirkətinə məxsus olan Lagonda markası Cenevrə avtosalonunda All-Terrain konseptual elektrik krossoverini nümayiş etdirib. Konsept Lagonda markasının yeni dizayn üslubundan xəbər verir və bu marka alrında buraxılacaq ilk elektrokarın carçısıdır.
Marka nümayəndələrinin sözlərinə görə, Lagonda All-Terrain yaxın gələcəyin tədqiqatı, həmçinin firma üslubunu mükəməlləşdirməyin yoludur. Krossoverin dizayn üslunun başlıca elementləri superyaxtalar aləmindən götürülübdür.
Lagonda All-Terrain damın qalxan hissəsinə və giriş-çıxışı rahat etmək üçün hərəkət istiqamətinin əksi istiqamətinə açılan arxa qapılara malikdir. Konseptin salonunda dörd fərdi oturacaq, sükana inteqrə edilən virtual cihazlar paneli, mərkəzi tonneldəki bortsistemlərin sensorlu displeyi quraşdırılıb. Salon tərtibatında kaşemir kimi yumşaq və təbii materiallardan istifadə edilib.
All-Terrain konseptinin daha bir maraqlı cəhəti baqaj döşəməsindən irəli çıxan rəfdir. Bu rəf əlavə platforma rolunu oynayır. Buna bənzər texnologiyanı Bentley şirkəti Bentayga krossoverində təklif edir. Lagonda elektrokarlarının istehsalı Uelsdəki Ceynt Atan şəhərindəki müəssisədə yerləşdiriləcəkdir. İlk avtomobillər konveyerdən 2022-ci ildə çıxacaqdırlar.