Lamborghini şirkəti Cenevrədə keçirilən avtosalonda Aventador SVJ modelinin açıq versiyasını təqdim edib. Lamborghini Aventador SVJ Roadster texniki cəhətdən keçən il təqdim təqdim edilmiş eyni adlı kupeni təkrar edir. İstehsalçıya rodster üçün optimal tənzimləmələri axtarıb taplaq qalıb.
Beləliklə, Lamborghini Aventador SVJ Roadster 770 at qüvvəsi və 720 Nm fırlanma anı hasil edən 6,5-litrlik V12 mühərriki, yeddi pilləli Graziano “robotu”, tam çəkiş sistemi və tam idarələnən şassiyə malikdir. Rodster kupedən ALA 2.0 aktiv aerodinamika sistemini də irsən alıb.
Avtomobilin çıxan tavanı adi Aventador rodsterində olduğu kimi, əllə çıxarılıb-quraşdırılan iki hissədən ibarətdir. Rodsterin çəkisi SVJ kupesindən 50 kiloqram çoxdur – 1575 kiloqram. Bu səbəbdən də iki avtomobilin dinamik xarakteristikaları arasındakı fərq cüzidir: Aventador SVJ Roadster 100 km/saat həddinə 2,9 saniyəyə (+0,1 saniyə), 200 km/saat həddinə isə, 8,8 saniyəyə (+0,2 saniyə) sürətlənir və 350 km/saat maksimal sürət həddinə malikdir.
Lamborghini Aventador SVJ Roadster modelinin buraxılış tirajı 800 nüsxə ilə məhdudlaşdırılacaqdır. Bu avtomobilin eksklyuzivliyini təmin etməlidir. İlk avtomobillər müştərilərə yay aylarında göndətiləcəkdirlər. Model Avropada 387 min avroya satılacaqdır ki, bu da onu ən bahalı Aventador modeli edir. Əlbəttə ki, xüsusi sifarişlə buraxılmış avtomobillər istisna olmaqla...