Mercedes-Benz şirkəti Cenevrə avtosalonunda elektrik güc qurğusu ilə təchiz edilmiş miniveni təqdim edib. Hazırki Mercedes-Benz V-Class modelinin bazasında hazırlanmış EQV konsepti dolu batareya ilə 400 kilometr qət edə bilir.
Konseptual Mercedes-Benz EQV miniveni elektromotoru, təsbit edilmiş ötürmə nisbətinə malik olan transmissiyanı, soyutma sistemini və güc elektronikasını özündə cəmləyən eATS bloku ilə təchiz edilir. Güc qurğusunun hasilatı 204 at qüvvəsi təşkil edir. 100 kilovat-saatlıq batareya yeyin yükləmə qurğusuna birləşmədən 15 dəqiqə sonra əlavə 100 kilometrik yürüyüşü təmin edir. Elektrik miniveninin maksimal sürəti 160 km/saatdır.
EQV modelini altı fərdi oturacaqla təchiz etmək və ya yeddi yaxud səkkizyerli konfiqurasiyanı seçmək olar. Avtomobilin təchizatına elektrik «Mercedeslərinə» xas olan işıqlanan zolağı olan işıqdiodlarından fənərlər, 19-düymlük təkər diskləri və MBUX kompleksi daxildir.