Mitsubishi şirkəti Cenevrə avtosalonunda Engelberg Tourer konseptual krossoverini nümayiş etdirib. Bu konsept dördüncü nəsil Mitsubishi Outlander modelinin carçısıdır. Seriya modelinin debütü gələn il gözlənilir.
Konsept avtomobili İsveçrədəki dağ-xizək kurortunun şərəfinə adlandırılıb. Konseptin brutal görkəmi yeni Mitsubishi L200 pikapında və Xpander minivenində gördüyümüz dizayn üslubunda yaradılıb. İlk nəzərə çarpan ufuqi kapot, nazik formalı gündüz hərəkət işıqları və kənarlar yerləşdirilmiş fənərlər olan «ikimərtəbəli» ön hissə olur.
Konseptin interyeri daha çox seriya təəssüratını bağışlayır. Ön paneli üfüq formalara malikdir: demək olar ki, rəvan səthə malik olan panelin aşağıdakı çıxışı diqqət çəkir. Havalandırma sisteminin deflektorları Audi modellərindəki kimi vizual olaraq üfüqi zolaqlarla birləşdirilib. Mərkəzi konsolda isə, multimedia sisteminin Porsche avtomobillərindəkinə bənzər displeyini görmək olar.
Maili formalı mərkəzi tonnelin forması da Porsche Cayyene və Panamera modellərindəki tonneli xatırladır. Burada hərəkət rejiminin selektoru, tam çəkiş sisteminin rejimlərini seçmək üçün yumru formalı düyməsi və klimat-kontrolun pultu yerləşdirilib. Tonnelin içində isə xırdavat üçün geniş boks da mövcuddur. Salon üç cərgəli konfiqurasiyaya malikdir: ilk iki sırada iki fərdi oturacaqlar, üçüncüdə isə bütov divan quraşdırılıb.
Mitsubishi Engelberg Tourer hibrid güc aqreqatı ilə təchiz edilib. Çox güman ki, bu Outlander PHEV qoşulan hibridindən götürülmüş aqreqatdır. Məlum olduğu kimi, 2,4-litrlik benzin mühərriki generatoru işlədir, təkərlər isə elektromotorlar cütlüyü ilə hərəkətə gəlirlər. Adi halda daxili yanacaq mühərriki təkərlərlə birbaşa birləşməyir, lakin yüksək sürətlə hərəkət zamanıdirsəkli mufta onu ön oxa qoşur.
Tam dolu batareya və elektrik ötürməsi ilə Mitsubishi Engelberg Tourer 70 kilometr qət edir, onun ümumi yürüş ehtiyatı isə 700 kilometr təşkil edir.