Cenevrədə Nissan şirkətinin təqdim etdiyi IMQ konsepti gələckdə Qashqai modelinin necə görünəcəyi barədə təəssürat yaratmaq vəzifəsini daşıyır. Konseptin adındakı “I” və “M” hərfləri isə, firma Intelligent Mobility pilotsuz konsepsiyasına işarə edir. Yaponlar konseptin “növbəti nəsil krossoverin” timsalının olduğunu qeyd edirlər.
Ən maraqlısı odur ki, konseptin dizaynını əvvəlcə “sakit”, sonra isə “ekspressiv” adlandırırlar. Nissan şirkətinin dizayn üzrə vitse-prezidenti Alfonso Albaisin üslubunu anlamaq olar. Eyni zamanda, növbəti nəsil Nissan Qashqai modelinin ölçülərinin bir qədər böyüyəcəyini söyləmək mümkündür. Cenevrədə nümayiş etdirilən konsept cari Qashqai modelində 180 millimetr uzundur.
Cenevrədə təqdim edilən IMQ konsepti həmçinin, yaxın zamanların yeni texnologiyalarını da nümayiş etdirir. Buna misal olaraq, 2022-ci ildə Avropada satılacaq Nissan modellərində quraşdırılacaq ikinci nəsil e-Power hibrid güc qurğusunu göstərmək olar. Bu qurğu özündə iki elektromotoru və aparıcı batareyaları qidalandıran benzin mühərriki birləşdirir. Güc aqreqatının ümumi hasilatının 340 at qüvvəsi və 700 Nm ola biləcəyi söylənilir.
Nissan IMQ modelinin təkmilləşdirilmiş vericiləri, radar və lameraları olan ProPilot sistemi ilə də təchiz edildiyini qeyd etmək gərəkdir. Üstəlik, konseptin Bridgestone şirkəti tərəfindən hazırlanmış Connect şinlərini də misal çəkmək olar. Bu şinlər yüklənmə, təzyiq, ilişmə əmsalı və yeylmə haqqında məlumatı mərkəzi sistemə ötürmək qabiliyyətinə malikdirlər. Yaxud tıxac, onun səbəbi və alternativ marşrutları üçölçülü təsvir şəklində əks etdirən I2V (Invisible to Visible) interfeysini də göstərmək olar.
Bu texnologiyalardan hansından üçüncü nəsil Nissan Qashqai modelində tətbiq ediləcəyini öyrənmək şansımız yaxın zamanlarda olacaqdır. Renault-Nissan-Mitsubishi alyansının CMF-C/D modul platformasında inşa ediləcək krossover 2020-ci ildə Avropada satışa çıxmalıdır.