McLaren Honda komandasının ehtiyat pilotu Censon Batton F1-dəki karyerası zamanı çox şeylərin şahidi olub. Britaniyalı pilot xatirələrinin əks olunduğu avtobioqrafik kitabı nəşr etdirib.

Kitab "Life to the limit" ("Son həddə həyat") adlanır və oktyabr ayında satışa çıxacaqdır.

Lakin, britaniyalı pilotun avtobioqrafiyasına öncədən sifarişi indidən etmək mümkündür. Censon avtoidman ailəsində böyüyüb və onun müəllimi atası Con olub. Batton F1-də 17 mövsüm keçirmiş, Williams, Renault, BAR, Honda, Brawn GP və McLaren komandalarında çıxış etmişdir. Onun karyerasının ən yüksək həddi 2009-cu ildə Brawn GP komandasının tərkibində yaşadığı çempionluq olub.

Censon 309 Qran Pridə iştirak edib, 15 qələbə qazanıb, 50 dəfə podiuma qalxıb, səkkiz poul-pozişn əldə edib, və aktivinə səkkiz sürətli dövrə yazdırıb.