Citroen şirkəti tanış C3 indeksli yeni modeli təqdim edib. Kross-hetçbek avropalı adaşından ön tərəfin dizaynı ilə seçilir, Hindistan və Cənubi Amerika bazarları üçün nəzərdə tutulub. Yeni Citroen C3 modelinin Hindistan və Braziliyadakı zavodlarda yığılmasına 2022-ci ilin ilk yarısında başlanacaqdır.

Citroen C3 kross-hetçbekinin qabarit uzunluğu 3980 millimetr, təkər bazasının ölçüsü isə 2540 millimetrdir. Avropada satılan C3 hetçbeki kross versiyadan 10 millimetr uzundur, iki modelin oxları arasındakı məsafə isə eynidir.

180 millimetrlik klirens və enişli kapot sürücünü yaxşı baxış zonası ilə təmin etməlidir. Krossover obrazının yaradılmasına qısa kuzov çıxışları, damdakı reylinqlər və təkər tağlarındakı plastik örtmələr xidmət edir.

C3 kross-hetçbekinin baqaj bölməsinin tutumu 315 litr təşkil edir. Bu Avropada satılan C3 modelində olduğundan 15 litr azdır. Əlcək qutusu, ön və arxa qapılardakı ciblər krossoveri ümumilikdə əlavə 7 litrlik məkan ilə təmin edirlər. Bundan başqa, xırda əşyaların saxlanılması üçün müxtəlif məkanlar nəzərdə tutulub.

Avtomobilın salonu beş nəfərə hesablanıb - istehsalçı diz, baş və dirsək zonasındakı məkanın tam şəkildə kifayət edəcəyini iddia edir. Ön paneldə virtual cihazlar paneli, habelə Apple carPlay və Android Auto tətbiqlərini dəstəkləyən multimedia sisteminin 10-düymlük ekranı quraşdırılıb.

Şəkillədəki mavi rəngli hetçbek Cənubi Amerika, narıncı rəngli variant isə Hindistan bazarı üçün nəzərdə tutulub. Versiyalar yalnız fərdiləşdirmə imkanları ilə fərqlənirlər.

Ümumilikdə hər iki modelin dizaynı brendin firma üslubuna cavab verir - şevron formalı fənərləri və kuzovun eni boyu uzanan xrom zolaqları olan ön tərəf yeni C4 və C5 X modellərinə işarə edir, arxa hissə isə, daha çox C3 modelini xatırladır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bununla belə, yeni kross-hetçbekin mühərrik çeşidi və qiymətləri barədə məlumat verilməyib. Qeyri-rəsmi məlumatlara görə, modelin mühərrik çeşidinə 120 at qüvvəli 1,0-litrlik üçsilindrli turbomühərrik və 130 at qüvvəli 1,2-litrlik aqreqat daxil olacaqdır. Güc aqreqatları 5-pilləli mexaniki ötürmələr qutusu və ya  6-pilləli “avtomat” ilə təchiz ediləcəkdirlər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.v