Deyəsən Volkswagen konsernin düşdüyü «dizelgeyt» xəmiri, atalar demişkən hələ çox su aparacaq. Bu qalmaqal bir sıra ölkələrin hökumətlərini avtomobil istehsalçılarının təklif etdiyi dizel mühərriki olan avtomobillərin ətraf mühitə buraxdığı zərərli tullantıların səviyyəsini tədqiq etməyə vadar etmişdir. Tədqiqtlar nəticəsində bir sıra avtomobillərin bu sınaqlardan heç də uğurla çıxmadığının şahidi olmaq mümkündür. Bu yaxınlarda Cənubi Koraya hökuməti də Nissan şirkətini dizel modellərindəki zərərli tullantıaları bilərəkdən az göstərdiyini iddia etmişdir.
Cənubi Koreyalıların iddiasına görə, Qashqai krossoverlərində quraşdırılmış zərəıi tullantıları neytallaşdıran sistemin sertifikasiya testləri zamanı qüsursuz çalışdığına baxmayaraq, adi istismar zamanı bu sistemin fəliyyətini dayandıraraq zərərli tullantıların səviyyəsinin qəbul edilmiş normalardan çox olmasına səbəb olur. Cənubi Koreya respublikasının Ətraf mühitin müdafiəsi nazirliyi Nissan şirkətinin yerli nümayəndəsinin 330 milyon von (280 min ABŞ dolları) məbləğində cərimə etməyi və satılmış 814 ədəd dizel mühərrikli Nissan Qashqai krossoverini ətraf mühitə vuruduğu ziyanın qarşısını almaq məqsədi ilə, yapon şirkətinə təmir etdirmək qərarına gəlmişdir.
Buna cavab olaraq Nissan şirkəti, zərərli qazların təmizlənməsi sistemi söndürən heç bir qurğudan istifadə etmədiyi bəyan etmişdir.