Cənubu Afrikada yerləşən Franco Scribante Racing yarış komandası Dodson Motorsport ilə birlikdə inşa etdiyi dağa sürətli çıxma yarışlarında iştirak edəcək Nissan GT-R sportkarını nümayiş etdirib. Sportkar ön və arxa antiqanadı olan aerodinamik kuzov dəstinə, həmçinin onun güc xarakteristikalarını artıran təkmilləşdirmələrə sahib olub.

Nissan GT-R üçün iri aerodinamik dayağı hazırlamağa Avstraliyanın Dynamic Aero Solutions firması yardım edib. Avstraliyalılar bu dayağın virtual CFD testlərini də həyata keçiriblər. Nəticədə, sportkar karbondan hazırlanmış splitterə və ön antiqanada, iri diffuzora və üç elementli arxa antiqanada sahib olub. Aerodinamik dəstin effektivliyi gələn ay Simola Hillclimb tədbirində sınaqdan keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nissan GT-R modelinin kapotunun altında 3,8-litrlik iki turbokompressolu mühərrikin təkmilləşdirilmiş variantı var. Yarış üçün güc aqreqatı 1600 at qüvvəsi hasil edir. Lakin, onun pik gücü 2200 at qüvvəsidir.