The Grand Tour şousunun yeni mövsümünün keçən həftəsonu nümayiş etdirilmiş beşinci epizodunda Ceremi Klarkson Ken Blokun “Cimxanasını” parodiya edib. Farmkhana: Ultimate_Country_Playground adlandırılmış videoçarx şounun rəsmi Youtube kanalında dərc edilib.

Ken Blıokun ilk Gymkhana çarxı 2008-ci ildə nümayiş etdirilib. O zaman amerikalı rallist məhz Subaru WRX STi modelindən istifadə etmişdir. 2009-cu ildə Blok müasir İmpreza modelinin iştirak etdiyi “Cimxananın” ikinci seriyasını buraxmışdır. Elə həmin il Ken Top Gear teleşousunda çıxış edərək Ceyms Meyə “Cimxananın” nə olduğunu göstərmişdir. Bundan sonra Ken Blok ancaq Ford avtomobillərindən istifadə edib.

The Grand Tour teleşousunun ikinci mövsümü keçən ilin 8 dekabrdan başlayaraq yayıma çıxıbdır. Şounun yaradıcıları, dəvət edilmiş məşhurların “öldüyü” Celebrity Brain Crash rubrikasından və avtomobilləri trekdə sınaqdan çıxaran “Amerikalı” personajından imtina ediblər. Artıq aparıcılar məşhurları "öldürməyərək" onları Face off rubrikası çərçivəsində yarışdırırlar. Şounun yeni test-pilotu isə qadındır.

Avtomobilin qapıdan driftlə keçməsi epizodunun çəkilişlərindən