Top Gear şousunun keçmiş aparıcısı və hazırlda The Grand Tour verlişinin lideri olan Ceremi Klarkson 16 yaşlı Qreta Tunberqi avtomobil şoularını məhv etməkdə ittiham edib. Klarksonunu fikrincə, Qreta kimi ekoaktivistlər ucbatından gənc nəslin avtomobillərlə olan marağı yox olub. Bu isə, öz növbəsində, avtomobillərə həsr edilmiş televiziya proqramlarının populyarlığının azalmasına gətirib çıxarır.
“25 yaşına kimi tanıdığım hər kəs avtomobillərlə maraqlanmır. Qreta Tunberq avtomobil şoularının axırına çıxıb. Uşağa “ata” və “ana” kəlmələrini öyrətməmişdən öncə, onlara avtomobilin pislik olduğunu söyləyirlər və bu da onların beyinlərində həkk olunur”, - Klarkson bildirib.
Riçard Hammonda sonunda Ceremi Klarksonla razılaşıb. “Bunu söyləmək xoşagəlməz olsa da, hesab edirəm ki, Ceremi düz deyir. İndiki gənclər avtomobillər ilə maraqlanmırlar. Yataq otağındakı divarda avtomobil plakatı asılmış nə qədər uşaq tanıyırsınız?”, - Hammond bildirib.
Buna baxmaraq, Klarkson həmkarları Hammond və Mey ilə birlikdə The Grand Tour Presents: Seamen special” (“Qrand Tur təqdim edir: Xüsusi dənizçilər”) adlı növbəti seriyada iqlimin dəyişməsi məsələsinə toxunacaq. “Lakin, biz axmaq deyilik və “Hamımız öləcəyik” baığıraraq şüvən qoparmırıq”, - Ceremi bildirib.