Bavariyalı premium avtomobil istehsalçı olan Audi şirkəti CES 2016 sərgisində bir neçə maraqlı yeniliklərlə çıxış etmişdir. Bu məqsədlə Audi Las-Veqasa e-tron Quattro konseptinin yeni variantını nümayiş etdirmişdir. Konseptdə əksini tapmiş texnologiyalardan birincisi, iki il bundan öncə burada debüt etmiş virtual cihazlar panelinin yeni 14,1 düymıük variantıdır. Əvvəl göstəriləndən fərqli olaraq, yeni displey AMOLED (Active Matrix Organic Light Emitting Diodes) adlanan diod texnologiyası əsasında yaradılmışdır. Ön paneldə MMİ məlumat-əyləncə sisteminin iki displeyi yerləşmişdir. Yüngül toxunuş ilə seçilmiş funksiyaları aktivləşdirən displeylərdən biri klimat-kontrola, digəri isə naviqasiyaya və audiosistemə nəzarət edir.
Bundan əlavə, sistem digər avtomobillər və ətraf infrastruktur ilə «əlaqə» yaradaraq hərəkət istiqamətindəki problemlər və onlardan yan keçmək üsulları barədə, həmçinin yol üzərindəki işıqforların iş rejimi haqqında sürücünü məlumatlandıracaqdır.
Həmçinin sistem, pulsölçən cihazla təchiz edilmiş «ağıllı saat» vasitəsi ilə sürücünün səhhətini izləyəcək və problem yaşanan zaman idarəetməni öz üzərinə götürüb, avtomobilin təhlükəsiz dayanmasını təmin edərək təcili yardım xidmətlərini arayacaqdır.
Bununla yanaşı, elektonika hərəkətin intensivliyi, hava durumunu və sürüş üslubunu təhlil edərək avtomobilin sistemlərini sürücünün ovqatına uyğun tənzimləyəcəkdir. Misal olaraq, sistem dicəlmək üçün dayanmağı təklif edir və yaxud interyerin işıqlanma rəngini, musiqini, klimat-kontrolun rejimini dəyişərək kresloların massaj sistemini aktivləşdirə bilər.
Bu əməliiyyat sistemləri və displey konseptlərinın əsasında MIB2+ adlanan yeni modular məlumat-əyləncə platforması durur. Bu platforma qabaqcıl mobil əlaqə standartı olan LTE Advanced sayəsində məlumatları saniyədə 300 Mbit sürəti ilə yükləmək imkanı yaradır.
Yeni texnologiya həmçinin, VoLTE (Voice over LTE - səsin LTE ilə ötürülməsi) üsulu sayəsində «telefon birləşməsinin vaxtını qısaldan və səs ötürülməsinin kefiyyətini yüksəldən» mobil telefoniyadan istifadə etməyə imkan veir.
Audi yaxın vaxtlarda, hadisə zamanı Audi Fövqəladə Əlaqə Mərkəzi ilə avtomatik əlaqə yaradılması xidmətini Avropada tətbiq etmək niyyətində olduğunu bildirmişdir.
Bu sistem həmçinin, texniki nasazlıq baş verdiyi zaman yolda təmir üçün Audi Xidmət Mərkəzi ilə əlaqə yaratmaq, və ya qrafikə uyğun növbəti servis xidmətinin aparılması üçün vaxt təyin edilməsini həyata keçirə bilər. Bu sistemin Avropa ərazisində fəaliyyətini təmin etmək məqsədi ilə, yeni A4 və Q7 modelləri Audi connect SIM texnologiyası ilə təchiz ediləcəkdir.
Audi e-tron Quattro konsepti ümumi gücü 503 at qüvvəsi olan üç elektrik mühərriki ilə təchiz edilmişdir. Konsept dolu batareya ilə 311 mil (500 kilometr) məsafə qət edə bilər. Audi nümayəndələrinin bildirdiyinə görə, konseptdə tətbiq edilən yarım-avtonom idarəetmə sistemi «yaxın vaxtlarda» şirkətin seriya modellərində də görmək mümkün olacaqdır. Yarım-avtonom idarəetmə, sürücüyə yardım sistemlərinin köməyi ilə avtomobilin vericilərindən, 3D kameralarından, radar, ultrasəs vericilərindən və lazer axtarmasından yığılan məlumatlar əsasında avtomobili tıxaclarda və avtomatik dayanacaqlarda idarə edə bilir.
Eyni zamanda, Audi Las-Veqasda OLED (orqanik LED) texnologiyaları əsasında yaradılmış işıq sistemlərini, əsasən də əyləc və dönmə işıqlarını nümayiş etdirmişdir.