CES 2016 sərgisində təqdim edilən BMW i3 Extended Rearview Mirror konsepti digər bir neçə maraqlı texnologiyanı nümahiş etdirmək üçün hazırlanmışdır. Artıq seriya avtomobuillərində planşet kompyüteri və ya smarfon vasitəsi ilə parketmə prosesinə uzaqdan rəhbərlik etmək mümkündür. Bəs bu prosesi əl jestləri ilə həyata keçirməyə münasibətiniz necədir?
i3 Extended Rearview Mirror konseptində sizə bu imkanı yaradacaq sistem artıq quraşdırılmışdır. Avtomobilin sahibi onu dayanacaqdan əl hərəkətləri ilə çağıra və yaxud park edə bilər. Lakin bu yeni konsepsiyanım imkanlarının tam siyahısı deyil.
Ağıllı Open Mobility Cloud və Mobility Mirror sistemləri vasitəsi ilə avtomobili evdən idarə etmək mümkün olacaqdır.
Open Mobility Cloud sistemi avtomobili naqilsiz texnologiyalar vasitəsi ilə intrenet şəbəkəsinə birləşdiri ki, bu da avtomobilin sahibinə smartfon və smart qol saatı vasitisilə avtomobillə əlaqə qurmaq üçün geniş imkanlar yaradır.
Bundan başqa yeni sistem Smart Hone sisteminə birləşərək evdə quraşdırılmış Mobility Mirror vasitəsi ilə avtomobilin vəziyyəti barədə məlumat əldə edir və onu idarə etmək imkanı verir. Misal üçün, avtomobili qarajdan çıxarmağa çox sayda manipulyasiyalar etməyə ehtiyac yoxdur. Sadəcə açardakı ekrana toxunmaqla sistem qaraj qapılarını açır və avtomobilin çölə çıxararaq sizi gözləməsini təmin edir. Bu prosesi əks istiqamətdə də həyata keçirmək mümkündür.
Yeni sistem bu hərəkətləri sürücünün tez-tez getdiyi yerlərdə də yerinə yetirmək iqtidarındadır. Bunun üçün avtomobilin bu işə cavabdeh olan sistemləri sürücünün hərəkətlərini izləyərək onları yaddaşda saxlayır və sonradan avtomobilin sürücü olmadan avtomatik olaraq dayanacaqda park etməsini təmin edir.
Əgər avtomobiliniz hər tərəfdən kameralarla əhatə edilmişdirsə, niyə bunu avtomobilə nəzarət üçün istifadə etməyəsiniz ki? Bumper Detect texnlogiyası avtomobilizi küçədə saxlayarkən belə, ona əzarət imkanı yaradır. Şəhər küçələrində quraşdırılmış kameralar vasitəsi ilə avtomobiliniz ilə baş verən qəfil hadisəni qeydə alan sistem, BMW Connected App vasitəsi ilə smartfonunuza hadisə haqqında xəbərdarlıq və onun nəticələri barədə kadrları ötürür.
Ümumiyyətlə bu sistemlər sürücü üçün daha geniş imkanlar yaratmaq qabiliyyətindədir. Bavariyalı mütəxəssisləri yeni sistemlərin yaxın gələcəkdə seriya avtomobillərində tətbiq ediləcəyini istisna etmirlər.