BMW şirkəti bu gün i Vision Future Interaction, i3 Extended Rearview Mirror və i8 Mirrorless konseptləri haqqında məlumat yayıb. Bu konseptlər, 6-9 yanvar tarixlərində Las-Veqasda baş tutacaq istehlak elektronikası sərgisində (CES - Consumer Electronics Show) nümayiş etdiriləcəkdir. Bundan əvvəl BMW, i Vision Future Interaction konseptinin ön panelinin görüntüsünü dərc etmiş və tizerin «gələcəkdə avtomobillərin daxili məkanının və istifadəçi interfeysinin necə olacağı» barədə təəssürat yaradacağını bildirmişdilər.
Avtomobil istehsalçısı, yeni texnologiyaların istifadəçiyə naviqasiya, əyləncə və rabitə sistemlərini jestlər vasitəsi ilə idarə etmək imkanı yaradacağını bildirir. Əslində, istifadəçi toxunuşla idarə edilən displeylərdən onlara toxunmadan istifadə etmək imkanı əldə etmiş olur. AirTouch sistemi, mərkəzi konsol və daxildəki arxa görüntü güzgüsü araısında yerləşmiş müxtəlif vericilər vasitəsi ilə əl hərəkətlərini izləyir və yaddaşda saxlayır.
Yeni sistem yeni BMW 7-Series flaqmanındakı jestlərlə idarəetmə sistenimə bənzərlik daşısada, o daha mütərrəqidir və üç ölçülü (3D) jestləri də həyata keçirmək imkanı yaradır. Bundan əlavə, AirTouch sistemi sürücü və ön sərnişin üçün təsdiqləmə düymələrinə malik olacaqdır.
Başqa bir maraqlı yenilik sərnişinin önündə yerləşmişı 21 düymlük 3D texnologiyalı panorama tipli dislpeyi göstərmək olar. Avtomobil pilotsuz idarəetmədə olan zaman, bu displey tamamilə əyləncə siteminə çevrilir və sərnişinlərə internetə qoşulmağa, e-mail serverinə daxil olmuş məktubları oxumağa və videoçarxlara baxmağa şərait yaradır.
Konseptdə həmçinin, gələcəkdə cihazlar panelinin necə olacağı da nümayiş etdirilir. BMW i Vision Future Interaction'un cihazlar panelini yüksək texnologiyalı uçölçulu displeydən ibarətdir. Bu displey vasitəsi ilə sürücüyə avtomobilin daxili sistemləri barədə məlumat almağa şərait yaradılmışdır. Bundan əlavə, lazım gəldikdə, cihazlar panelində sürücünün görmədiyi əngəllər haqqında məlumat əks etdirilir.
Yeni konsept üç müxtəlif idarəetmə rejiminə malikdir: Pure Drive (idarəetmə sürücüdədir), Assist ( köməkedici sistemlər aktivləşir) və Auto Mode (tam avtonom idarəetmə). Avtonom idarə etmə zamanı avtomobilin sükanı mavi rənglə işıqlanır.
Yeni sistem cox qəliz görünə bilər, lakin BMW mütəxəssisləri onu «seçim etmək üçün lazım olan addımların sayını azaltdığını» bildirilər.
Misal olaraq, telefon zəng etmək istəsəniz, sistem kontaktların və edilmiş son zənglərin siyahısını displeydə nümayiş etdirəcək ki, bu zaman seçim etmək üçün bir hərəkət bəs edəcəkdir.
BMW şirkəti CES 2016 sərgisində daha iki maraqlı konsept nümayiş etdirmək niyyətindədir. Konseptlərdən birincisi BMW i8 Mirrorless, ikincisi isə i3 Extended Rearview Mirror adlanır. Birinci konsept adından göründüyü kimi i8 avtomobilinin bazasında yaradılmışdır və ənənəvi güzgülərin yoxluqu ilə seçilir.
Onların əvəzinə avtomobilin yan tərəflərində, xüsusi aerodinamik formaya malik korpusu olan arxa görüntü rəqəmsal kameralar quraşdırılmışdır. Bundan əlavə, avtomobilin arxa şüşəsinin yuxarı hissəsində üçüncü arxa görüntü kamerası da yerləşdirilmişdir ki, bu üç kameradan alınan təsvirlər, salonda quraşdırılan ənənvi güzgünü əvəz edən yüksək icazəli displeydə vahid görüntü şəklində əks etdirilir. BMW mütəxəssislərinin fikrincə, yeni sistem ənənəvi üç güzgüdən daha effektivdir və daha geniş diapazonda görüntü yaratmaq imkanı verir.
Güzgü həmçinin, lazım gəldikdə, sürücüyə xəbərdarlıq siqnalları verə bilər. Misal üçün, sürücü hərəkət zolağını dəyişmək istəyən zamanı, güzgü onu, nəzərdə tutulan zolaqda olan nəqliyyat vasitəsinin yaxınlaşması barədə xəbərdar edir.