BMW Motorrad şirkəti Las-Veqasda baykerləri sevindirə biləcək iki yeni texnologiya nümayiş etdirmişdir. Bunlardan birincisi, lazer texnologiyaları istifadə etməklə yaradılmış ön fənərlərdir. Belə bir fənərlər artıq Bavariya istehsalçısının 7-Series və i8 modellərində tətbiq edilir. Sadəcə BMW Motorrad, bu texnologiyanı motosikletdə quraşdırmağı təklif edən birinci və yeganə istehsalçıdır.
Bilindiyi kimi lazer fənərləri daha təmiz ağ işıqlandırmanı təmin edir və adi fənərlərə nisbətən işiqlandırma məsafəsini iki dəfə artırmaq imkanı yaradır. Misal üçün, BMW K 1600 GTL motosikletinin əsasında yaradılmış konseptin lazer fənrələri 600 metrdən çox məsafəni işıqlandırmaq imkanına malikdirlər.
BMW mütəxəssislərinin iddia etdiyinə görə, lazer texnologiyası sayəsində, artıq rayderlərin gecələr səyahət etməsi daha təhlükəsiz olacaqdır.
Bavariyalıların təqdim etdiyi ikinci yeni texnologiya isə, baykerin şlemində yerləşdirilmiş Head-up displeyidir. Yeni texnologiya rayderin diqqətinin yayınmasının qarşısını alaraq, onun sürüş təhlükəsizliyini təmin etmək məqsədini daşıyır.
Misal üçün, baykerin, artıq diqqətini yoldan yayındırarq cihazlar panelinə baxmasına ehtiyac yoxdur. Head-up displeyi rayderi nəinki motosikletin sürəti və sistemləri haqqında, hətta daha geniş məlumatlarla - yolda olan avtomobillər, maneələr, təhlükələr və sairə ilə təmin edir. Mini-kompyüter və səs paylayıcı ilə təchiz edilmiş yeni sistem, baykerin arzusu ilə tənzimlənir və motosikletin sol sükanında quraşdırılmış mini-düymə vasitəsi ilə idarə edilr.