Chevrolet şirkəti dünən Las-Veqas şəhərinə işinə başlamış istehlak elekronikası sərgisində (CES 2016), elektriklə hərəkət edən Bolt EV hətçbekinin seriya variantını təqdim etmişdir. Amerikan şirkəti ilk dəfə kompakt elektrokar istehsal etmək niyyətini, düz bir il bundan əvvəl, Detroyt avtomobil sərgisində eyni adlı konsepti nümayiş etdirməklə bildirmişdir. O zaman amerikalılar, avtomobilin dolu batareya ilə 200 mil (322 kilometr) qət edəcəyiniı və qiymətinin 30 min ABŞ dolları olacağını söyləmişdilər.
Həqiqətən də Chevrolet Bolt EV avtomobili dolu baratera ilə bu məsafəni qət etmək iqtiradındadır. «Bir il olmaz ki, biz Bolt EV konseptini göstərərək uzun məsafə qət edə bilən kütləvi avtomobil istehsal edəcəyimizi bildirmişdik. Bolt EV məlumat mübadiləsi aparmaq üçün, ən qabaqcıl mobil əlavələrdən istifadə etmək imkanına malikdir, və sahibinə hər zaman təcrübə qazandırmağa davam edəcəkdir». Bu sözləri, avtomobilin Las-Veqasdakı təqdimatı zamanı, GM konserninin icraçı direktoru və çaş direktoru Meri Barra söyləmişdir.
Yeni avtomobili hazırlanması prosesində, şirkət mütəxəssisləri, Chevrolet Volt hibridinin sahiblərinin tələb və təkliflərini nəzərə alaraq, uzunməsafəli elektrokarların istismarını asanlaşdıracaq texnologiyalardan istifadə etmişdirlər. Bolt EV günün vaxtını, hava şəraitin, mövcud olan məkanı və sürücünün vərdişlərini nəzərə alaraq idarəetməni optimallaşdıracaqdır. Bundan əlavə, Gamification adlanan xidmət sayəsində Bolt EV sahibləri, öz aralarında, ən effektiv idarəetmə üsulunu müəyyən edəcək məlumatlarla bölüşəcəklər.
Əlavə olaraq, avtomobil üçün xüsusi olaraq hazırlanmış az enerji tükədən Bluetooth sistemini göstərmək olar. Avtomobilin sahibi ona yaxınlaşdığı zaman, sistem avtomatik olaraq onun smartfonuna qoşulur, və yaxud, OnStar 4G LTE sayəsində avtomobil yüksək sürətli Wi-Fi nöqtəsinə çevrilərək, bir sıra mobil əlavə və xidmətlərə qoşulmaq imkanı yaradır.
Chevrolet Bolt EV hətşbekinin avadanlıqlar siyahısına arxa görüntü monitorunu əvəz edən daxili güzgü, geniş bucaqlı arxa görüntü kamerası, MyLink sisteminin 10,2 düymlük rəngli toxunmalı displeyi, tənzimlənə bilən «flip-board style» əməliyyat sistemi daxildir. Bundan əlavə, «MyChevrolet» mobil əlavəsi sayəsində avtomobili uzaqdan işə salmaq, batareyaların vəziyyətini öyrənmək, OnStar xəritələrindən istifadə etmək, salonun öncədən isidilməsini təmin etmək, diler xidmətlərini planlaşdırmaq, istifadəçi üçün məlumatlar kitabçasından yararlanmaq mümkündür.
Avtomobilin istehsalına 2016-cı ilin sonunda, GM konserninin Miçiqan ştatındakı Orio şəhərində tikilən zavodunda başlanacaqdır.