KİA şirkəti bir neçə gündən sonra işinə start veriləcək Şimali Amerika beynəlxalq avtomobil sərgisinə (NAIAS) yeni konseptlə qatılacağını bəyan etmişdir. Sözlərinin təsdiqi olaraq, koreyalılar, təqdim olunacaq avtomobilin tizerini də dərc etmişdirlər. Tizerdən göründüyü kimi, avtomobil iri ölçülü krossoverdir. Çox güman ki, bu konseptin serira variantı Cənubi Koreya şirkətinin flaqman krossoveri olan Mohave’nin yeni nəslinin carçısıdır.
Koreyalılar avtomobilin tizerini Las-Veqasdakı CES 2016 istehlak elektronikası sərgisində nümayiş etdirmişdirlər. KCD12 adlandırılan modelin zahiri görkəmi, KİA-Hyundai qrupunun Kaliforniyada yerləşən dizayn-studiyasında işlənib-hazırlanmışdır. Ehtimal olunur ki, konsept koreyalıların öz məhsulu olan avtonom idarəetmə sistemi və hibrid güc aqreqatı ilə təchiz edilmişdir.
Sayiələrə görə, yeni avtomobilin satışları, ancaq Şimali Amerika bazarında həyata keçilirməlidir. Digər bazarlara gəldikdə isə, koreyalılar onu Avropa bazarına çıxartmaq fikrindən uzaqdırlar.