Las-Veqasda keçirilmiş məişət elektronikası sərgisində (CES) Audi və Nvidia şirkətləri süni idraka malik olan Audi Q7 pilotsuz avtomobilini nümayiş etdirmişdirlər. Krossoverin proqram təminatının əsasına “dərindən tədris” prinsipi qoyulmuşdur ki, bu prinsip sayəsində də avtopilot sistemi insanda avtomobili idarə etməyi “öyrənir”.

Prototip hazırlandığı andan “öyrənən” kameralarla təchiz edilmişdir. Bu kameralar insanın avtomobili idarə etməsi prosesini qeydiyyata alır, sonra isə sistem insanın bu və ya digər hallardakı reaksiyasını müqayisə edirmiş. Beləliklə, sistem eyni zamanda həm avtomobil idarə etməyi, həm də yoldakı vəziyyəti aşkar etməyi öyrənirmiş.

Bununla bərabər, konseptin ön hissəsində daha bir iki meqapiksellik kamera quraşdırılmışdır ki, bu kameradan əldə edilən məlumatlar Nvidia firmasının hazırladığı prosessor tərəfindən emal edilir. Bu prosessor eyni zamanda avtonom idarəetmə rejimində sükan idarəolunmasına cavabdehdir.

Avtopilotun işini nümayiş etdirmək üçün krossoveri dəyişən yol vəziyyəti olan bağlı meydançaya buraxmışdırlar.  Sistem, meydana gələn maneələrdən asılı olaraq müxtəlif yolları seçmişdir. Bundan başqa, sistem avtomobili yol xəttlərinin mövcud olmadığıı sahədə də idarə etmişdir.

Nvidia və Audi şirkətləri yeni nəsil Audi A8 bayraqdar modelində quraşdırılacaq avtopilot sistemini hazırlamaq üçün səylərini birləşdirmişdirlər.  Yeni avtomobil dolu yollarla sərbəst şəkildə (56 km/saat  sürətinə qədər) hərəkət edə biləcəkdir. Bayraqdar sedanın debütü bu il keçiriləcək Frankfurt avtosalonunda baş tutacaqdır.