BMW şirkəti Las-Veqasda keçirilmiş məişət elektronikası sərgisində (CES) gələcəyin avtomobil interyerinə alman istehsalçısının baxışını əks etdirən “i Inside Future” konseptini nümayiş etdirmişdir. Prototip HoloActive Touch holoqrafik displeyi olan multimedia sistemi ilə də təchiz edilmişdir.
Alman mütəxəssisləri HoloActive Touch adını almış mütərəqqi sistemin idarəetməni heç bir səthə toxunmadan və barmaq hərəkətlərinin köməyi ilə həyata keçirəcəyini iddia edirlər.
Yaradıcıların sözlərinə görə sistem, onun əsasını təşkil edən proyeksiya displeyinin, jestlərlə idarəetmə sisteminin və sensorlu ekranın üstünlüklərini özündə birləşdirir. Gərək olan funksiyanı aktivləşdirmək üçün sürücü sanki havada asılı olan virtual düyməyə toxunur və xüsusi kamera əl hərəkətlərini qeydə alaraq müvafiq əmrləri verir.
Alman istehsalçısı BMW I Inside Future konseptinin qapılarının, tavanının və alın şüşəsinin olmayan bir konsepsiya olduğunu xüsusilə qeyd etmişdirlər.
Bununla belə, onlar bu konseptdə həllini tapmış texnologiyaların gələcəkdə seriya modellərində tətbiq ediləcəyini əminliklə bildirmişdirlər.
Belə avtomobillərdən birincisi BMW iNext modeli olacağı da elan edilmişdir. Seriyaya gedəcək elektomobil avtonom idarəetmə sisteminə, yüngülləşdirilmiş kuzov konstruksiyasına və mütərəqqi elektrik transmissiyasına, həmçinin tamamilə yeni interyerə malik olacaqdır. iNext modelinin seriya variantının rəsmi təqdimatı 2021-ci ildə baş tutacaqdır.
Maraqlıdır, konseptin salondakı sağ yan panelinin altında quraşdırılmış kitabları saxlamaq üçün xüsusi bölümü seriya modellərində görəcəyikmi?