BMW şirkəti yeni nəsil 5-Series sedanının tamdəyərli avtonom idarəetmə sistemi ilə təchiz edilmiş variantını təqdim etmişdir. Alman istehsalçısının avtonom idarəetmə sistemləri sahəsində əldə etdikləri nailiyyətləri nümayiş etdirən prototip Las-Veqasda keçirilən məişət elektronikası sərgisində (CES) təqdim edilmişdir.

Alman şirkətindən, yeni avtonom idarəetmə sisteminin, seriya avtomobillərində mövcud olan “elektron yardımçıların”  təkmilləşdirilmiş variantlarını istifadə etdiyi bildirilmişdir.  

Bununla belə prototip, ətraf mühitin elektron xəritəsini yaratmağa yardım edən xüsusi avadanlıqla təchiz edilmişdir. BMW şirkəti avtopilot sisteminin yaradılması üzərində çalışmalara 2000-ci ildə start vermişdi. Əvvəllər şirkət sistemin tənzimləməsini həyata keçirmək üçün 5-Series sedanın keçmiş nəslinin bazasında xüsusi prototip yaratmışdı. Bu sınaqlar çərçivəsində prototip Münhendən Nürnberqə qədər olan 170 kilometrlik məsafəni avtomatik rejimdə qət etmişdir. Bundan başqa, 2014-cü ildə dörd qapılı 6-Series Gran Coupe və 2-Series Coupe modellərinin bazasında yaradılmış prototiplər treki ilə yarış tempi hərəkət edərək sürücünün iştirakı olmadan drift etmişdirlər.

Tamdəyərli avtopilot sistemi ilə təchiz ediləcək BMW avtomobillərinin seriya istehsalına 2020-ci ildə başlanacaqdır.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt