Qeyd etmək lazımdır ki, Las-Veqasda keçirilən məişət elektronikasının sərgisində sürücü və sərnişinlərin səhhəti ilə maraqlanan təkcə Hyundai şirkəti deyildi. Bu sahədəki nailiyyətlərini eyni zamanda Mercedes-Benz şirkəti də nümayiş etdirmişdir.

Mercedes-Benz şirkəti Las-Veqasdakı sərgiyə sürücüyə yorğunluq və gərginliklərlə mübarizə aparmağa yardım edən “ağıllı” interyer konsepsiyası ilə qatılmışdır. Fit&Healthy adını almış sistem özündə gərginlik hallarının azaldılmasına və sürücünün əhval-ruhiyyəsinin yaxşılışdırılmasına yönəldilən müəyyən çeşidə funksiyaları cəmləmişdir. Bunlardan ən maraqlısı Motion adlanan rejimdir ki, sistem sürücünün qamətinin dəyişdiyini aşkar edərsə oturacağın formasını sərbəst şəkildə dəyişir və massaj funksiyasını aktiv edir.

Eyni zamanda, xüsusi vericilər sürücünün yorğunluq səviyyəsinə nəzarətə həyata keçirirlər. Alman şirkətinin nümayəndələri işgüzar adamlar üçün çoxdan ofis rolunu oyndağını və bu səbəbdən də “bədənin və dərrkənin tonusunun” dəstəklənməsinin vacib olduğunu bildrimişdirlər.

Onların sözlərinə görə, bu sistem yaxın gələcəkdə seriya avtomobilləri üçün opsiya olaraq təklif ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt