Peugeot brendi ABŞ bazarını hələ 1991-ci ildə tərk edib və o vaxtdan bəri burada onu yalnız fransız markasının həvəskarları xatırlayır. Odur ki, Las-Veqasda keçirilən CES 2023 istehlakçı elektronikası sərgisində fransızların yeni proqram konseptini təqdim etməsi bir qədər təəccüb doğurur.
Peugeot Inception Consept fransız brendinin 2030-cu ilə qədər tamamilə elektromobillərə keçməsini nəzərdə tutan böyük transformasiyasının carçısıdır. Bu ad latınca "Inceptio" sözündən yaranıb və "ithaf" kimi tərcümə olunur. Şou avtomobili 2020-ci ildən Peugeot Dizayn mərkəzinə rəhbərlik edəcək Mattias Hossannanın komandası tərəfindən hazırlanıb. Inception indiki Peugeot modelləri ilə müqayisədə daha çox tilli və bucaqlı dizayna malikdir, lakin buna baxmayaraq, tanınan xüsusiyyətlər də qorunub saxlanılıb.
Beş metrlik sedanın aşağı kənarı ön oxun qarşısında olan nəhəng ön şüşəyə malikdir. Dam paneli ilə birlikdə ümumi şüşələnmə sahəsi 7,25 kvadrat metrə çatır, özü də bütün şüşələr elektroxromludurlar. Qapılarda salamlama, batareyadakı cərəyan səviyyəsinin və ya ətrafdakılar üçün digər məlumatların göstərilə biləcəyi işıqlanan zolaqlar var.
Sedan perspektivli STLA Large elektrik platformasına əsaslanır. Onun maraqlı cəhətləri arasında 800 voltluq elektrik sistemi, “məftil” vasitəsilə idarə edilən sükan mexanizmi və dördüncü səviyyəli STLA Autodrive avtopilotu da var.
Planlaşdırıldığı kimi, konsept avtomobili ümumi gücü 680 at qüvvəsi olan iki elektrik mühərriki, 100 kilovat-saatlıq dartma batareyası və induksiya doldurma qurğucusu ilə təchiz edilib. Enerji yükləmədən dolu batareya ilə qət edilən məsafə 800 kilometrdir, 100 km/saata sürətlənmə isə üç saniyədən az vaxt aparır. Ancaq bütün bunlar, əlbəttə ki, layihə göstəriciləridir.
Yaradıcılar interyerdə öz fantaziyalarını tam şəkildə tətbiq ediblər. Cihazlar panelinin əvəzinə üzük formasında ekran var, özü də təsvir edilənlər 360 dərəcədə göstərilir. Sükan çarxı və media sisteminin ekranı Hypersquare adlı bir cihazda birləşdirilib. Düzbucaqlı sükan çarxının mərkəzində passiv displey və quraşdırılmış sensorlar olan dörd dəlik var: əlləri sükandan götürmədən baş barmaqlarla bütün funksiyaları idarə etmək olar.
Sedanın hündürlüyü cəmi 1,34 metrdir, ona görə də qeyri-adi oturacaqlar yarı uzanmalı oturmanı təklif edir. Onlar sərnişinlərin formasını alan doldurucuya malikdirlər, döşəmə isə süni məxmərlə örtülüb. Ön oturacaqların arxasında isə, ikinci cərgənin sərnişinlər üçün ayrıca ekranlar quraşdırılıb.
Peugeot Inception prototipi çılğın konsept olaraq qalacaq, lakin onun yaradıcıları oxşar görünüşlü seriya elektromobillərinin artıq 2025-ci ildə peyda olacağına söz verirlər. Üstəlik, bu üslubdan ən kiçikləri daxil olmaqla bütün Peugeot modellərində istifadə ediləcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.