Bu günlərdə yeni avtomobil ovuna çıxmış fotocəsusların rastına Mercedes-Benz E-Class Coupe modelinin ciddi şəkildə kamuflyaj edilmiş prototipi çıxmışdır. Yeni kupenin əldə edilmiş cəsus şəkillərini Motor1 saytı yaymışdır. Prototipin eksteryeri haqqında danışmaq hələk bir qədər tezdir, həm də güclü kamuflyaj bu barədə hər hansı bir mülahizə yürütməyə imkan vermir. Lakin, Mercedes-Benz C-Class Coupe və S-Class Coupe modellərini, həmçinin yeni E-Class sedanını göz önünə gətirsək, gələcək E-Class Coupe modelinin zahiri görününşünün adı çəkilən kupe modelləri ilə bənzərlik daşıyacağından əmin olmaq mümkündür.
Əlbəttə, indi əsas məsələ bunlar deyildir - əsas məsələ yeni kupenin interyerinin əldə edilmiş ilk fotoşəklindədir. Əgər fotoşəkilə diqqətlə baxsanız, yeni avtomobilin interyerinin sedan kuovlu avtomobilin interyerindən bir qədər fərqləndiyinin şahidi olarsınız.
İlk növbədə, ən çox nəzərə çarpan fərqli elementin havalandırma sisteminin deflektorlarının idman xarakterli formasının olmasıdır. Qeyd etmək lazımdır ki, dizaynına görə bu deflektorlar müasir Mercedes-Benz avtomobillrində gördüklərimizin ən cazibədarı və gözəgəlimlisidir.
Daha bir fərqin mərkəzi konsolda yerləşdirilən analoq tipli saatdan imtina edilməsindədir. Təsvirdə gördüyümüz kimi, saatın yerində qəza işıqlarının düyməsi yerləşdirilmişdir. Təsdiq olunmayan məlumatlara görə, kupe kuzovlu Mercedes-Benz E-Class modeli gələn il işıq üzü görəcək və 2018-ci ildən başlayaraq satılmağa başlayacaqdır.
Kupe kuzovlu E-Class modelinin təqdim edilməsindən bir müddət sonra, onun açılan tavanlı E-Class Convertible variantının istehsal ediləcəyi söylənilir.