Bir müddət bundan öncə, yeni nəsil Ford Focus hetçbekinin minimal kamuflyaja “bürünmüş” prototipinin cəsus fotoşəkillərini dərc etmişdik. Bu günlərdə cəsusların obyektlərinə Focus ailəsinin daha bir üzvü tuş gəlib.
Bu, Ford Focus modelinin sedan kuzovu ilə olan variantıdır. Qeyd etmək lazımdır ki, sedanın kamuflyajı demək olar ki, avtomobilin nə işıq texnikasının, nə də kuzovunun relyefini gizlətmir. Üstəlik, hetçbekdə olduğu kimi, sedanın da üzərində də #TimeToFocus həşteqi həkk edilibdir.
Yeni avtomobil cari modelə nisbətən daha iri, geniş və yüngül olacaqdır. Modelin təkər bazası 50 millimetr geniş, çəkisi isə 50 kiloqram yüngül olmalıdır.. Yeni Ford Focus modelinin mühərrik çeşidinə 100 -140 arasında gücə malik olan 1,0-litrlik üçsilindrli mühərrik, həmçinin 1,5 və 2,0-litrlik mühərriklər daxil olacaqdır. Sonuncu mühərrik “qaynar” Focus ST modifikasiyasının kapotunun altında yerləşdiriləcəkdir. “Qaynar” modifikasiya ilə yanaşı avtomobilin elektrik və kuzovun müdafiə dəsti olan “yolsuzluq” variantları da buraxılacaqdır.
Yeni nəsil Ford Focus modelinin gələn ilin yanvarında keçiriləcək Detroyt avtosalonunda debüt edəcəyi ehtimal olunur.