«Bərkgedən» BMW X5 M modelinin təqdimat mərasiminə sayılı zaman qalır və alman istehsalçısının krossover kuzovuna malik olan əsl superkar hazırladığı barədə məlumatlar dolaşmaqdadır.
İlk dəfə X5 M modelinin prototipi standart modifikasiyanın debütündən bir ay sonra fotocəsuslara rast gəlmişdi. Keçən müddət ərzində bavariyalılar bir sıra yenilikləri təqdim etsələr də, X5 modelinin «qaynar» versiyasının prototipləri yarış treklərini cilalamağa davam ediblər. Üstəlik, istehsalçı yeni «bərkgedən» krossoverin təqdimat tarixindən söz açmaq belə niyyətində deyil.
Əvvəllər fotocəsuslar BMW X5 M modelinin yalnız eksteryerini çəkməyə müvəffəq olmuşdular. Bu dəfə isə, cəsuslardan birinə yanacaqdoldurma məntəqəsində duran krossoverin interyerinin bir hissəsini çəkmək nəsib olub. Videoda X5 M modelinin güclü yan dəstəyə malik olan ön kreslolara sahib olduğu görünür. Təəssüf olsun ki, kameralı şəxsə bundan artığını çəkmək nəsib olmayıb.