Çexiyanın AUFEER DESIGN şirkəti Bombardier Global 8000 layneri üçün hazırladığı interyer konsepsiyasını təqdim edib. Yeni konsepsiyada dizaynerlər diqqəti biznes-cetin salonun müasir dizaynında cəmləyiblər. Onlar korporativ təyyarələrin lüks interyerlərinə olan yeni yanaşmanı hazırlamaq arzusunda olduqlarını bildiriblər. Şirkət dizayneri təyyarənin dinamikasını onun içərisində nümayiş etdirmək qərarına gəliblər.
Bu layihədəki ilham mənbələri laynerin aerodinamikası və hamar xətləri olub. Tərtibatçılar bu iki komponenti təklif olunan interyerdə birləşdirdilər.Daxili məkanın əsas obyektləri - çıxan ekrana və müasir erqonomik stullara sahib olan bardır. Seçilmiş rəng birləşməsi - ağ ilə mavi - təyyarənin dinamikasını vurğulayır.
"Dizayn edərkən oturacaqların rahatlığını və baqaj bölməsinin funksionallığını nəzərə aldıq. Planımız tənzimlənən kreslonun dizaynını və təmiz xətli formalara malik olan idman oturacağının dizaynı ilə birləşdirmək idi. Təyyarənin daxili divarlarında həm ekran, həm də pərdə kimi xidmət edən və pəncərələr üçün nəzərdə tutulmuş elektromaqnit cihazı hazırladıq.
Kabinədə, biz çıxan iri ekranı yerləşdirməyi təklif etdik. Bu ekrandan yalnız həm televizor kimi, həm də təyyarəyə quraşdırılmış xarici kameralardan alınan mənzərələrdən ləzzət almağa imkan verən geniş ekran kimi istifadə etmək olar. Bu salonu rahat kreslolar və iki nəfər üçün rahat çarpayı ilə hazırladıq”, - deyə şirkətdən şərh veriblər.
AUFEER DESIGN 2000-ci ildə qurulub və fəaliyyətinə avtomobil və dəmir yolu sənayesi üçün mühəndislik xidmətləri ilə başlayı. Yaradılmasından qısa müddət sonra şirkət ilk keyfiyyət sertifikatlarını alıb. Bu sertifikatlara ISO9001 və EN 15085-2: 2008, habelə dəmir yolu vaqonlarının qaynaq edilməsi üçün milli sertifikatlaşdırma standartları da daxildir. Xidmətlər çeşidi sənaye dizaynı, A sinfi səthi təmizlənməsi, sənaye avtomatlaşdırılması, layihələrin idarə edilməsi və prototip istehsalına qədər genişlənmişdir.
AUFEER DESIGN hazırda Almaniya, İtaliya, Çin, Meksika, Rusiya və digər ölkələrdə fəaliyyətlərini genişləndirir və bununla da artan müştəri tələblərinə cavab verir. 2006-cı ildə şirkət Matador qrupu ilə birləşib və Slovakiyada və Meksikada yeni filiallarını açdı.