Məşhur xəfiyyə Ceyms Bond barədə çəkilən 25-ci filmdə baş qəhramanın rolunu ifa edən Daniel Kreyq ratiet olan Land Rover avtomobilini idarə edəcək. Artıq filmin çəkilişləri tam sürətlə gedir və yeni filmdə Britaniya kəşfiyyatının xüsusi agentinin Aston Martin Rapid-E elektrokarından istifadə edəcəyi məlumdur. Lakin, o da məlumdur ki, Bond heç zaman bir avtomobillə kifayətlənmir.
Yeri gəlmişkən, çəkilişlər zamanı Daniel Kreyqi maraqlı bir avtomobilin sükanı arxasında görüblər. Bu nə “bərkgedən” Aston Martin superkarıdır, nə də ki, elektrokar. Həmin avtomobil Land Rover markasına aid olsa da, çox köhnədir – səhnələrinin birində Bond Land Rover Series III ofrouderinin sükanı arxasında aşkar ediləcəkdir. Jaguar Land Rover ittifaqı da xüsusi agentin bu markadan olan avtomobillərdən istifadə edəcəyini təsdiqləyib. Lakin, bu avtomobillərin hansı modellərdən ibarət olacağı barədə açıqlama verməyib.
Xatırladaq ki, Land Rover markası xüsusi agent haqqında filmlərin yaradıcıları ilə Die Another Day filmindən başlayaraq əməkdaşlıq edir. Ceyms Bond haqqında 25-ci film 2020-ci ilin 8 aprel tarixində ekranlara çıxmalıdır.