Milyonçu və rejissor Ceyms Qlinkenhausa məxsus olan Scuderika Cameron Glinkenhaus şirkəti Boot adlı seriya ofrouderinin şəkillərini dərc edib. Avtomobil iki və dördqapılı versiyada təklif edilir. Şirkətdən bildirildiyinə görə, 5 nüsxədə buraxılacaq «kupe» variantı artıq sahiblərini tapıb. Bu avtomobillərin arasında ümumi yollarda istismarına icazə verilmiş yarış variantı da vardır.
SCG Boot modeli Chevrolet Corvette Z06 modelindən tanış olan 659 at qüvvəli 6,2-litrlik kompressorlu V8 mühərriki ilə təchiz edilir. Boot ofrouderi 394 millimetrlik klirensə sahibdir. Ofrouderin asqısının gedişi 508 millimetr təşkil edir.
SCG şirkəti cəmi 17 ədəd Boot ofrouderini buraxacaqdır. Onların hər biri 287500 dollardan başlayan qiymətlər ilə satılacaqdır. Ofrouderin altıncı səviyyəli (M16 avtomatik tüfənginin və Kalaşnikov avtomatının gülləsindən qoruyan) müdafiəsi olan zirehli variantını da sifariş etmək olar. Yarış versiyası olan Baja 1000 isə, istehsalçı tərəfindən təqdim edilən texniki dəstəyi də nəzərdə tutur.
Keçən ilin yazında Ceyms Qlinkenhaus 2020-ci ildə Boot ilə qitələrarası səyahətə çıxacağını bəyan etmişdi. Səfərin başlanğıc nöqtəsi Tayms-skver olmalıdır. Ofrouder həmin nöqtədən berinq boğazına yollanacaq və onu xüsusi olaraq hazırlanmış salda qət edəcəkdir. Sonrakı marşrut «Kolıma» və Transsibir avtomagistrallarının keçilməsini nəzərdə tutur.