Changan şirkəti yenilənmiş bestsellerini - CS35 Plus krossoverinin satışlarına start verib. Hələlik yenilənmiş model yalnız Çin bazarında satışa çıxarılıb. Qeyd etmək lazımdır ki, yenilənmiş modelin başlanğıc qiyməti 35% artıb.
Yenilənmiş Changan CS35 Plus modelinin görünüşü çoxdan sirr deyil: Çin Sənaye və Ticarət Nazirliyi krossoverin xarici görünüşünü üç ay əvvəl açıqlayıb. Dizaynerlər krossoverin eksteryer dizaynını bamperləri, LED işıq texnikasını və radiator barmaqlığını əvəzləyərək yeniləyiblər. Bundan başqa, disk çeşidinə yeni 18-düymlük təkər diskləri əlavə edilib.
Changan CS35 Plus krossoverinin interyer dizaynı demək olar ki, yenidən işlənib. Hər şey dəyişdirilib: ön panel, mərkəzi tunel, çoxfunksiyalı sükan və hətta qapı kartları da tamamilə yenilənib. Krossover 9,0-düymlük virtual cihazlar panelinə, məlumat-əyləncə kompleksinin yeni 10,25-düymlük sensorlu ekranına və klimat-kontrol sisteminin fərqli yığcam blokuna sahib olub. “Qaynar” düymələrin sayı azalıb, ancaq onlar ümumiyyətlə yoxa çıxmayıblar: əsas tənzimləmələri düymələrlə dəyişdirmək olar.
Changan CS35 Plus modeli texniki cəhətdən də dəyişib: bundan sonra bütün krossoverlər 160 at qüvvəsi və 260 Nm fırlanma anı hasil edən 1,4-litrlik turbomühərrik və şirkətin öz məhsulu olan 7-pilləli preselektiv “robot” ilə təchiz olunacaqlar. Ötürmə - ön oxadır. Artıq 128 at qüvvəsi və 161 Nm fırlanma anı hasil edən 1,6-litrlik atmosfer mühərriki və mexaniki transmissiya yenilənmiş CS35 Plus modelində quraşdırılmır.
Əlçatan güc aqreqatlarından və baza konfiqurasiyalarından imtina krossoverin əhəmiyyətli dərəcədə bahalaşmasına səbəb olub: yenilənmiş Changan CS35 Plus modelini Çində 95.900 yuandan başlayan qiymətlərlə, reystalinqdən əvvəlki modeli isə 69.900 yuana almaq olar. Çində yenilənmiş CS35 Plus modeli “köhnə” versiyaya ilə paralel olaraq satılacaqdır.