Changan şirkətinə məxsus olan Deepal brendinin mətbuat xidməti zavoddaxili G318 indeksi ilə işarələnmiş avtomobilin rəsmi renderlərini paylaşıb. Bununla belə, çinlilər avtomobilin texniki hissəsi barədə şərh verməkdən imtina ediblər. İki fərziyyə var: ya Deepal subbrendi Tank və Fang Cheng Bao kimi çərçivəli ofrouder hazırlayır, ya da brutal görünüşün altında daşıyıcı kuzovlu krossover gizlənib. Əgər sonuncu doğrudursa, yeni model Jetour Traveler və Haval Dargo modelləri ilə rəqabət aparacaq.

Deepal brendi çox gəncdir və əvvəllər Shenlan adlanırdı. Prototipin fotoşəkillərindən göründüyü kimi, G318 krossoveri texniki cəhətdən Fang Cheng Bao Leopard 5 modelinə daha yaxın olacaq: buna müstəqil arxa asqı işarə edir. Ölçü və qiymət baxımından Deepal modelini Tank 500 ofrouderi ilə müqayisə etmək olar: onun beş metrlik kuzova və 300 min yuanlıq (42 min dollar) qiymətə malik olacağı gözlənilir.

Gözlənilən funksiyalar arasında “tank” dönüşü də var, yəni tam ötürmə sistemi elektrikli olacaq. Deepal G318 modeli qismən Changan hibrid pikapı ilə unifikasiya ediləcəyini gözləmək olar. Buna çərçivəli arxitektura, generator kimi işləyən benzin mühərriki və bir cüt elektrik mühərriki olan güc qurğusu işarə edir.

Rəsmi renderlər Deepal G318 modelinin əvvəlcə seriyaya yaxın prototip kimi təqdim ediləcəyindən, seriya versiyasının  isə, bir qədər gecikəcəyindən xəbər verir. Deepal markasından olan avtomobillərin Azərbaycana ixrac perspektvləri barədə heç bir məlumat yoxdur.

Mənbə: Autohome

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.