Yenilənmiş Changan Uni-V liftbəkinin sertifikatlaşdırma şəkilləri hələ aprel ayında dərc olunub. İndi isə, Çin brendi özü yenilənmiş avtomobilin şəkillərini internetdə yerləşdirilib. Üstəlik, Çin istehsalçısı bu avtomobilin növbəti, üçüncü nəsil olduğunu iddia edir, baxmayaraq ki, əslində bu, 2021-ci ildən satışda olan liftbəkin ikinci restaylinqidir: əvvəlki yenilənmə Çində 2024-cü ildə həyata keçirilib. Məhz həmin Uni-V modelini çinlilər ikinci nəsil hesab edirlər.

İstənilən halda, modelin ön hissəni yenidən işləyiblər. Çərçivəsiz radiator barmaqlığının əvəzinə indi hamar panel var, ön bamper də dəyişdirilib. Fənərlər eyni formanı saxlasalar da, onların diod içliyi fərqlidir. Bundan əlavə, artıq ön faraları birləşdirən işıqlanan zolaqdan imtina edilib.
Arxa bamper də dəyişdirilib, üstəlik, düzbucaqlı çıxış borularının əvəzinə yuvarlaq borular quraşdırılır. Changan Uni-V irəli çıxan qapı tutacaqlarını itirib. Bundan başqa, müştərilərə daha sanballı kuzov dəsti, buraxılış sisteminin qoşa çıxış boruları və yuxarı qalxan spoyleri olan "idman" liftbəki təklif ediləcək.
Çinlilərin ikinci nəsil hesab etdikləri Changan Uni-V
Hər iki versiyanın uzunluğu eynidir - 4740 millimetr. Xatırladaq ki, Çində satılan yenilənmədən əvvəlki Changan Uni-V liftbəkinin uzunluğu 4720 millimetr idi. Təkər bazası dəyişməyib - 2750 millimetr.
İnteryer tamamilə yenidən işlənib. Yeni ön panel, qapı panelləri, mərkəzi tunel və transmissiya selektoru peyda olub. Cihazlar panelinin ekranı böyüyüb və günəşliyini itirdib, üstəlik sürücüyə daha yaxın olub (əvvəlki modeldə, demək olar ki, ön şüşəyə daha yaxın idi). Multimedia sisteminin planşeti də böyüdülüb.
Yeni Changan Uni-V çinlilərə iki benzin mühərriki ilə təklif ediləcək. Bunlar müvafiq olaraq, 192 və 245 at qüvvəli 1,5 və 2,0 litrlik dördsilindli turbomühərriklərdir. İlkin məlumatlara görə, baza mühərriki iki muftalı yeddi pilləli “robot” ilə tandemdə çalışacaq, ən güclü mühərrik isə, klassik səkkiz pilləli “avtomatı” almalıdır.
Çində satılan ikinci nəsil Uni-V hibrid güc aqreqatı ilə də təlkif olunur - benzin-elektrik versiyası yəqin ki, daha sonra yenilənəcək. Yenilənmiş modelin tamölçülü təqdimatının yaxın zamanlarda keçiriləcəyi göslənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.