Qiyuan törəmə şirkəti zavoddaxili C798 indeksinə malik olan krossoverinin şəkillərini paylaşıb. Söhbət Changan şirkətinə məxsus olan subbrendinin ən böyük və ən yaxşı təchizata malik olan modelindən gedir: yenilikdə lidar, gizli qapı tutacaqları və firma işıq imzası olacaq.
Qiyuan dizaynerləri orta dərəcədə mühafizəkar bir görünüşə üstünlük veriblər: krossoverin görünüşdə şokedici və ya mübahisəli həllər yoxdur. Yeniliyin premyerası ilin sonuna qədər baş tuta bilər.
Gənc Qiyuan ailəsi elektromobillər və hibridlərdən ibarətdir: ilk debüt edən A07 biznes sedanı olub, sonra isə, çeşid E07 pikap-transformerlə tamamlanıb. Çox güman ki, yeni krossoverdə yeni enerji mənbələrinə əsaslanan güc qurğusu da olacaq. Zavoddaxili indeks C798 əlbəttə ki, başqa adla əvəzlənəcək.
Şəkillərdən göründüyü kimi, müştərilər avtomobili məhz belə görkəmdə alacaqlar. Bununla belə, əksər krossoverlər daha sadə təkər disklərini alacaq, “uzun mənzilli” Hesai lidar isə, ən yüksək təchizat səviyyələrinin imtiyazına çevrilə bilər. Nə Changan, nə də Qiyuan texniki hissə haqqında heç bir məlumat verməyiblər, model isə, hələlik sertifikatlaşdırmadan keçməyib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.