Changan markasının "yenilikçi" Uni seriyası tədricən genişlənir. Artıq bu xəttdə Uni-T və Uni-K krossoverləri mövcuddur, bu gün isə krossoverlərə Uni-V minik avtomobili də qoşulub. istehsalçının avtomobili sedan adlandırmasına baxmayaraq, qısa baqaj bölümü Uni-V modelinin liftbek olacağına dəlalət edir.
Yeni sedanı Uni-krossoverləri ilə çərçivəsiz radiator barmaqlığı, nazik fənərləri, çıxıntılı yan tərəfi və geri çəkilə bilən qapı tutacaqları olan dizaynı birləşdirir. Changan Uni-V qalxan arxa antiqanada, 18-düymlük təkər disklərinə, arxa bamperdəki böyük diffuzora və buraxılış sisteminin iri borularına malikdir və bunların hamısı idman görünüşü yaratmaq üçündür.

Ölçü baxımından Changan Uni –V modeli Skoda Octavia liftbekinə daha yaxındır: onun uzunluğu 4680 millimetr, eni - 1838 millimetr, hündürlüyü - 1430 millimetr, təkər bazası isə 2750 millimetrdir.
Xatırladaq ki, Skoda liftbekinin təkərləri arasındakı məsafə 2686 millimetr təşkil edir. Ön bamperdəki radar yeni modelin adaptiv kruiz-kontrola və yarı avtopilota malik olacağından xəbər verir.
Yeni modelin interyer şəkilləri dərc edilməyib. Uni-V modeli haqqında texniki məlumatlar da azdır. Sedanın baza versiyasının 188 at qüvvəli 1,5-litrlik turbomühərrikə və 205 km/saatlıq maksimal sürət həddinə malik olacağı bildirilib. Sonradan 2,0-litrlik dördsilindrli turbomühərriklə təchiz edilmiş versiyanın da təklif ediləcəyi söylənilir. Changan Uni-V modelinin tam ölçülü debütü noyabr ayında keçiriləcək Quançjou avtosalonunda baş tutacaqdır. Yeni modelin Çində satışlarının 2022-ci ilin əvvəlində başlanacağı gözlənilir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.