Changan Huawei ilə birlikdə yaradılmış Avatr 12 super sedanını nümayiş etdirib. Avtomobil istehsalçısının mətbuat xidməti rəsmi şəkilləri paylaşaraq, Çin Xalq Respublikasının Sənaye və Ticarət Nazirliyi tərəfindən “sızdırılma” anını qabaqladığını təxmin edir. Sedan arxa şüşəsi olmayan qeyri-adi kuzova, quraşdırılmış spoyleri olan nəhəng baqaj qapağına malikdir və hər yerdə kameralar quraşdırılıb: güzgülər onlarla əvəz olunub, nömrələrin üstündə, arxa loqotipin altında, ön qanadlarda belə ayrıca qurğular var.

Avatr 12, platformasını bölüşdüyü “11” indeksli krossover ilə eyni lekallara uyğun olaraq yaradılıb. Casus çəkilişlərindən göründüyü kimi, hər iki avtomobilin interyeri də eynidir. CATL batareyasının tutumu barədə hələlik məlumat yoxdur, lakin onun 90 kilovat-saatdan çox olacağı ehtimal edilir.

Yeniliyin uzunluğu - 5020 millimetr, eni - 1999 millimetr, hündürlüyü - 1460 millimetr, təkər bazası isə, 3020 millimetrdir. Beləliklə, sedan krossoverdən 14 santimetr uzun, üç santimetr daha geniş, 14 santimetr alçaqdır. Oxlar arasındakı məsafədə üstünlük Avatr 12 modelinin xeyrinə 45 millimetrdir.

Image alt Image alt Image alt Image alt Image alt

İndiyədək arxa və tam ötürməli versiyalar sertifikatlaşdırılıb: baza sedanı 313 at qüvvəsi, top versiya isə 578 at qüvvəsinə malik olacaq. Çox güman ki, Avatr 12 modelində Huawei avtopilotu, güclü prosessorla işləyən media sistemi və adaptiv pnevmatik asqı kimi bir sıra premium seçimlər olacaqdır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.