Changan şirkəti, əvvəlcədən güman edildiyi kimi Uni-V deyil, Uni-K adlanacaq yeni flaqman krossoverinin dizaynını nümayiş etdirib. Qeyri-adi görkəmə sahib olan kupeşəkilli krossoverin gələn ilin əvvəlində bazara çıxacağı və Çin markasının ən bahalı modeli olacağı gözlənilir.
Artıq, yeni krossoverin şassisini Changan CS95 modelindən, eksteryer dizaynını isə sentyabr ayında avtosalonunda təqdim edilmiş Vision-V konseptindən götürüldüyü məlumdur. Ölçülər baxımından Uni-K krossoveri Volkswagen Touareg modelindən bir qədər kiçikdir: onun uzunluğu 4865 millimetr, eni - 1948 millimetr, hündürlüyü isə 1700 millimetrə çatır. Təkər bazasının ölçüsü 2890 millimetrdir - bu, Touareg modelində olduğundan 14 millimetr azdır.
Vision-V şou avtomobilindən fərqli olaraq, seriya versiyası həqiqi radiator barmaqlığını alıb, ancaq barmaqlıq altıbucaqlı çərçivəsiz dizaynını qoruyub-saxlayıb. "Əmtəə" krossoveri konseptdən nazik formalı işıq texnikasını və Y-şəkilli gündüz hərəkət işıqlarını da alıb. Qapılar geri çəkilən tutacaqlarla təchiz edilib, zrxa şüşənin üzərində isə əyləc işığının təkrarlayıcısı olan qeyri-adi spoyler quraşdırılıb. Bununla belə, çin markası yeni krossoverin salon dizaynını açıqlamayıb.
Changan Uni-K modeli səkkiz pilləli Aisin avtomatik transmissiyası ilə tandemdə çalışan 2,0-litrlik "turbodördlük" ilə təchiz edilir. Mühərrikin hasilatı 233 at qüvvəsi və 360 Nm fırlanma anı təşkil edir.
Changan Uni-K modeli noyabr ayında Guancjou avtosalonunda debüt edəcəkdir. Krossover gələn ilin əvvəlində Çin bazarında satışa çıxarılacaqdır.