Çinin Chery şirkəti Arrizo 5 Plus modelinin GT idman versiyasını hazırladığı barədə artıq xəbər vermişik. Keçən ayın sonunda Çin istehsalçısı Arrizo 5 GT modelinin ilk tizerlərini də dərc edib. Dünən isə, Lexus avtomobillərinə bənzəyən “idman” sedanının kamuflyajsız şəkilləri İnternet şəbəkəsində peyda olub.
Şəkillərdəki Arrizo 5 GT modeli qara rəngə boyanmış kuzova, təkər disklərinə və narıncı rəngli əyləc supportlarına malikdir. Onun radiator barmaqlığının dizaynı isə, müasir Lexus avtomobillərini xatırladır.
Eksteryerdəki fərqlər arasında aqressiv bamperlər, buraxılış sisteminin cütlənmiş dəyirmi çıxış boruları (adi Arrizo 5 modelində onlar trapesiyaşəkillidilər) və 17-düymlük qara rəngli təkər diskləri var.
Bununla belə, əksər oxşar “idman” avtomobillərindən fərqli olaraq, Arrizo 5 GT modelindəki təkmilləşdirmələr təkcə yeni dekor elementləri və kuzov rəngi (narıncı rəng də əlçatan olacaq) ilə məhdudlaşdırılmayıb, o daha güclü mühərrikə və şassinin başqa tənzimləmələrinə malik olub.
lkin məlumatlara görə, Arrizo 5 GT modelinin kapotunun altında Kunpeng ailəsindən olan, 197 at qüvvəsi və 290 Nm fırlanma anı hasil edən 1,6-litrlik “turbodördlük” yerləşir. “İdman” sedanı 100 km/saat həddini altı saniyəyə toplayır. Bu arada, adi Arrizo 5 Plus modeli 115 at qüvvəsi və 143 Nm fırlanma anı hasil edən 1,5-litrlik atmosfer mühərriki, habelə 156 at qüvvəsi və 230 Nm fırlanma anı hasil edən 1,5-litrlik turbomühərrik ilə təklif edilir. Hər iki güc aqreqatı mexaniki transmissiya və variatorla təchiz edilə bilər.
Hazırda Chery Arrizo 5 Plus modeli Çində 100 min yuna satılır. Arrizo 5 GT sedanının donorudan çox da baha olmayacağını ehtimal edilir. Sedanın əsas rəqibləri Geely Binrui Cool və Changan Uni-V modelləri olacaqdırlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.