Çinin Chery Automobile şirkəti Pekin avtosalonunda konseptual kross-kupe olan FV2030 modelini təqdim etmişdir. Müasir futurustik prototip Pekində keçirilən avtomobil sərgisinin başlıca eksponatlarından biri olmuşdur. Chery FV2030 konseptinin başlıca vəzifəsi, dünya ictimaiyyətinə çinli istehsalçının avtomobillərinin dizaynının hansı istiqamətdə inkişaf edəcəcyini göstərməkdir. Bu əsasən də SUV seqmentində olan avtomobillərə şamil ediləcəkdir. Konseptin dizaynə həqiqətən başdöndürücü tərzdə alınmışdır.
Əgər diqqətlə baxsaq, Chery FV2030 konseptində, bir müddət bundan əvvəl təqdim edilmiş Toyota C-HR kupe-krossoverinin gələcək rəqibinin simasını görmək mümkündür. Konsept iri ölçülü ön və arxa bamperləri, işıq diodlarından hazırlanmış nazik formalı fənərləri, kupe formalı kuzovu, iri təkər diskləri və yuxarı açılan unikal qapıları ilə yadda qalacaqdır.
Chery FV2030 konseptinin salonunda hərəkət rejimindən asılı olaraq 3D ölçülü təsvirlərin nümayiş etdirildiyi iri monituru görmək olar. Bundan əlavə, avtomobilin salonunda çox sayda sensorlu monitorları və ön paneldə «gizlənən» sükan çarxını müşahidə etmək olar.
Bu o deməkdir ki, qarşımızda olan avtomobil sürücü olmadan da hərəkət edə bilir. Konseptin yaradıcılarının bildirdiyinə görə, avtomobil hərəkət zamanı internetə qoşula bilər.
Bu konseptin yaradılmasında 2012-ci ildə Şanxayda yaradılmış CSTC tədqiqat mərkəzinin mütəxəssisləri iştirak etmişdirlər. Son zamanlarda bu mərkəz, vaxtı ilə Ford, Porsche, General Motors və bir sıra adlı-sanlı avtomobil brendlərinə işləmiş mütəxəssisləri cəlb etməyə müvəffəq olmuşdur.
Belə ki, 2015-ci ildən bu tədqiqt mərkəzinə əvvəllər Porsche və BMW şirkətlərində işləmiş Piter Müller başçılıq edir.