Çinin Chery şirkəti gələn ay Frankfurtda baş tutacaq avtomibil sərgisində orta ölçülü krossoveri nümayiş etdirəcəkdir. M31T kod adını almış avtomobilin tizerləri istehsalçı tərəfindən bu gün dərc edilib.
Bununla belə, çin istehsalçısı avtomobil haqqında məlumat verməyib. Tizelərdən də göründüyü kimi, krossover sensorlu displeyə malik olan multimedia sisteminə və havalandırma sisteminin halqa formalı düymə-displeylərinə sahib olacaqdır. Bu halqaların birində vaxt əks etdiriləcəkdir. Havalandırma sistemi isə bir zonalı olacaqdır. İlkin məlumatlara görə, yeni krossover uzunluğu 4.5 metr təşkil edən bayraqdar modeli Tiggo7 krossoverindən iri olacaqdır.
Yeni modelin mühərrik çeşidinə 218 at qüvvəsi hasil edən 1,6-litrlik turbomühərrik daxil ediləcəkdir.
Güc aqreqatı yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışacaqdır. Yeni krossover 100 km/saat sürətini 9,5 saniyəyə toplayacaqdır. Onun ortalama yanacaq sərfiyyatı 100 kilometrə 6,3 litr olmalıdır. Avtomobilin Çin bazarında satışlarına gələn il start veriləcəkdir.