Chery şirkəti benzin mühərrikli Tiggo 7 Plus modelinin yenilənmiş versiyasını təqdim edib. Krossover ən güclü Tiggo 7 Plus DP-i hibridi ilə eyni sxemə əsasən yenilənib: dizaynerlər ön və arxa tərəfin tərtibatını yeniləyib, həmçinin krossoveri Omoda 5 modelinin üslubundakı yeni interyerlə təchiz ediblər.

Ənənəvi mühərrikli Tiggo 7 Plus modeli hibriddən şaquli çubuqları olan radiator barmaqlığını, buraxılış sisteminin iki çıxış borusu olan arxa bamperi, şəffaf əlavələri olan fənərləri və Chery yazısını götürüb. Gündüz işıqlarının “dişləri” də fərqlidir: benzin versiyasında onlar qırmızı zolaqla vurğulanırlar.

Krossoverin salonu Omoda 5 modelinin üslubunda dizayna malik olub. Ön paneldə ölçüləri 12,3 düym olan iki ekranı birləşdirən vahid panel var. Restaylinqdən əvvəlki modeldə displeylər eyni ölçülərə malik olsalar da, yenilənmiş modeldəki displeylərin forması fərqlidir. Qapı kartlarının və mərkəzi tunelin dizaynı dəyişdirilib və klimat-kontrolun iri idarəetmə panelindən imtina olunub: onu sensorlu nazik zolaq əvəzləyib.

Çin mətbuatının məlumatına görə, Chery Tiggo 7 Plus modelinin yenilənmiş versiyası yalnız bir mühərriklə - 197 at qüvvəsi və 290 Nm fırlanma anı hasil edən 1,6-litrlik dördsilindrli ACTECO turbomühərriki və yeddi pilləli Getrag “robotu” ilə birlikdə təklif ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Xatırladaq ki, yenilənmədən əvvəlki krossover həmçinin mexaniki ötürmələr qutusu və “avtomat” ilə tandemdə çalışan 156 at qüvvəli (230 Nm fırlanma anı) 1,5-litrlik turbomühərriklə təklif olunur.

Ola bilsin ki, həm yenilənmiş, həm də restaylinqdən əvvəlki versiyalar eyni vaxtda, lakin fərqli adlar altında satılsınlar - çünki sonuncu yalnız bir il əvvəl bazara çıxıb. Yenilənmiş krossover 2022-ci ilin sonuna qədər dilerlər salonlarında peyda olmalıdırlar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.