Chery yeni üçcərgəli Tiggo 9 krossoverinin rəsmi şəkillərini dərc edib və ən böyük modelinin may ayında daxili bazara çıxacağını təsdiqləyib. Sertifikatlaşdırma sənədlərindən məlum olanlar - flaqman krossoverinin ön ötürməli M3X platformasına əsaslanacağı və 254 at qüvvəli 2,0-litrlik Kunpeng benzin turbomühərrikini alacağıdır. Beş, altı və yeddi oturacaqla, müxtəlif ötürmə növü və dekorasiya ilə təklif edilən krossoverin geniş modifikasiya çeşidində malik olacağı gözlənilir.
Chery Tiggo 9 modelinin uzunluğu 4820 millimetr, eni – 1930 millimetr, hündürlüyü - 1699 millimetrdir. Krossoverin oxları arasındakı məsafə isə 2820 millimetrdir. Hündürlükdən başqa, qalan ölçülərinə görə yenilik çərçivəli Haval H9 ofrouderi ilə müqayisə edilə bilər, lakin 245/50 R20 ölçülü böyük təkər disklərinə baxmayaraq, Tiggo 9 krossoveri H9 modelindən iyirmi santimetr alçaqdır.
Chery markasının flaqman krossoveri eyni ölçülü Exeed Yaoguang ilə çoxlu sayda ortaq cəhətlərə malik olacaqdır. Chery Tiggo 9 modelinin 8-pilləli “avtomat”, arxa oxda qoşma muftası olan tam ötürmə sistemi və adaptiv amortizatorlar təchiz ediləcəyi gözlənilir. Daha ənənəvi universal kuzovu sayəsində, Tiggo 9 modeli "premial qohumu" ilə müqayisədə daha geniş salona malik olacaqdır.
Çinli jurnalistlər hesab edirlər ki, Çində Chery Tiggo 9 modelinin qiyməti 160 min yuandan (40 min manat) başlayacaqdır. Bu proqnozun düzgün olub-olmadığını yalnız may ayında öyrənə biləcəyik.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.