Chery şirkəti yeni subbrendi təsis edərək, ilk premium sedanını göstərib. Çin istehsalçısı Səma İmperiyasında böyük bir mətbuat konfransını keçirib və Exeed premium brendi ilə bağlı olacaq Sterra subbrendi haqqında təfərrüatları açıqlayıb. Yeni subbrendin ilk nümayəndəsi hazırda Exeed E03 kod adı ilə tanınan Sterra ES sedanı olacaqdır. Gələn il yeni subbrendin model xətti Sterra ET krossoveri ilə tamamlanacaqdır. Sterra xətti haqqında daha ətraflı məlumatı Şanxay avtosalonunda veriləcəkdir.
Chery marketoloqları Sterra brendi altında premium elektromobillər və hibridlər istehsal etməyi planlaşdırırlar. Exeed markası isə, bənzər mövqeləndirməsi olan benzin avtomobilləri üçün istifadə olunacaqdır. Elektrikləşdirilmə Sterra brendinin yeganə “fişkası” deyil. Avtomobillər üçün pnevmatik asqılı E0X modul platforması bəyan edilib, özü də bu arxitektura tezliklə ES sedanında debüt edəcəkdir.
Sedanın görünüşü təqdimatda göstərmiş şəkillər sayəsində artıq sirr deyil, casuslar isə, artıq dəfələrlə onun prototiplərini yaxalamağa müvəffəq olublar. İlkin məlumatlara görə, söhbət oxlar arasında dartma batareyası yerləşən, 800 voltluq elektrik sistemi və 2,9 metrlik təkər bazası olan beş metrlik elektromobildən gedir. Gözlənilən yürüş ehtiyatı 700 kilometrdən çox olmalıdır. Chery subbrendinin ən güclü sedanları isə, 100 km/saat həddinə üç saniyəyə sürətlənə biləcəklər.
Şanxay avtosalonunun başlanmasına qısa müddət qaldığı üçün, Sterra ES haqqında ətraflı məlumat yəqin ki, bu həftə ərzində peyda olmalıdır. Chery markasının premium sedanı ilin sonuna qədər Çin bazarına çıxmalıdır. Oxşar texnologiyaya malik ET krossoveri 2024-cü ildə model xəttinə qoşulacaqdır. Şəkillərdən göründüyü kimi, onun xarici görünüşü heyrətamiz dərəcədə Li9 modelinə bənzəyəcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.