Exeed markası AtlantiX krossoverinin ilk videogörüntülərini yayımlayıb. Yığcam model bazara bu ilin sonuna qədər və ya gələn ilin əvvəlində çıxmalıdır. Qeyd etmək gərəkdir ki, onun Çindən kənarda satılmaq üçün hər cür şansı var. AtlantiX modelinin əsas xüsusiyyəti Yunanıstan tarixindən ilhamlanaraq yaradılmış unikal işıq imzası olacaqdır. Exeed AtlaniX modelinin üçüncü səviyyəli avtopilot, habelə 2.0-litrlik turbomühərrik və doqquz pilləli “avtomatın” tandemini əldə edəcəyi gözlənilir. “Atlantiks” modelinin istehsalına bu ilin noyabr ayında başlanacaqdır.
Exeed AtlantiX krossoverinin vizit kartının enerji matrisası (Energy Matrix) olacağı məlumdur. Göründüyü kimi, çinlilər bu termin ilə unikal işıq imzası yaratmaq üçün istifadə etdikləri işıq texnikasının cəmini adlandırırlar. AtlantiX moddelində hərf loqotipi, barmaqlığın yerindəki qapaq və arxa tərəfdəki dekorativ zolaq işıqlandırılacaqdır. Üstəlik, mürəkkəb hərəkət işıqları yunan “Σ” (“siqma”) hərfi şəklində düzüləcəklər.
Videoda həmçinin daxili kontur işıqlandırmasını, perimetr üzrə işıqlandırılan panoram damı, yan güzgülər əvəzinə kameraları və spoyleri də görmək olar. Alın şüşəsinnin üstündə üçüncü səviyyəli avtopilotun işini təmin edən lidarın “donqarları” və kameralar var.
AtlantiX modelinin hansı güc qurğusunu alacağı məlum deyil - bu, elektrik və yaxud ənənəvi daxili yanma mühərriki ola bilər. Bəzi məlumatlara görə, bu, gələcək Chery T22 modelindəki kimi, 2.0-litrlik turbomühərrik və doqquz pilləli “avtomatın” tandemi ola bilər.
Bununla belə, Exeed AtlantiX konsept statusunda debüt edə bilər. Krossover Tsindao liman şəhərindəki Chery zavodunda istehsal olunacaqdır ki, bu da modelin qlobal bazarlarda mümkün debütündən xəbər verə bilər.
“Atlantiks” krossoverinin seriya istehsalına bu ilin noyabr ayının 18-də start veriləcəkdir. Birinci mərhələdə hər ay 10 min avtomobilin yığılması nəzərdə tutulursa, iki il ərzində istehsal həcmi 16-17 minə qədər artırılmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.