Şərti “milli” brendlər altında üzü dəyişdirilmiş avtomobillərin istehsalı və satışı dünya üzrə tətbiq edilən məşhur sxemdir. Avropada da belə sxemdən istifadə olunur: məsələn, Chery artıq İtaliyada DR brendi altında avtomobil satır, indi isə, İspaniyada ötən əsrin ortalarında mövcud olan və Ford modelləri üçün istifadə edilən Ebro brendini yenidən canlandırır.

Ebro brendi Chery və EV Motors şirkətlərinin birgə səyləri nəticəsində yenidən həyata qaytarılıb: ilkin olaraq brendin emblemi iki modeldə - S700 və S800 modellərində peyda olacaq. Bu modellər Barselona şəhərinin yaxınlığında yerləşən Nissan şirkətinin keçmiş müəssisəsində istehsal olunacaqlar.

Yəqin ki, Ebro S700 modelinin Chery Tiggo 7 Pro, S800 modelinin isə, Tiggo 8 olduğunu anlamaq çətin deyil. İspanlara bu krossoverlər həm ənənəvi daxili yanma mühərrikləri, həm də hibrid güc qurğuları ilə təklif ediləcəklər.

Hələlik Barselona yaxınlığındakı zavodda “vintburanla yığılma” aparılır, lakin 2025-ci ildə Ebro kuzovların qaynaqlanması və rənglənməsi də daxil olmaqla, tam istehsal dövrünə keçmək niyyətindədir. İspanların planlarına görə, cari onilliyin sonuna qədər ildə 150 min avtomobil buraxılmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.