Çinin Chery şirkəti yeni Tiggo 8 modeli ilə paralel olaraq satılacaq və ölçülərinə görə onu üstələyəcək Plus indeksli krossover haqqında məlumatla bölüşüb. Chery Tiggo 8 Plus krossoveri çin markasının ən bahalı modeli olacaqdır.
Hələlik avtomobil istehsalçısı, Tiggo 8 Plus modelinin eksteryer dizaynını əks etdirən üç rəsmi şəklini dərc edib. Çinin Sina.com.cn nəşrinin bildirdiyinə görə, flaqman krossoveri ölçülərinə görə standart Tiggo 8 modelini üstələyir: Plus modelinin qabarit uzunluğu 4722 millimetr təşkil edir ki, bu da adi krossoverdə olduğundan 22 millimetr çoxdur.
Bundan başqa, Plus versiyası adi Tiggo 8 modelindən dizayn baxımından da fərqlənir. Məsələn, radiator barmaqlığı fərqli dizayna malikdir (loqotip olan üfiqi xrom zolaq yoxdur), ön və arxa işıq texnikası fərqlidir. Bundan əlavə, Tiggo 8 Plus modeli 19-düymlük təkər diskləri ilə təklif ediləcəkdir.
Flaqman modeli Çin bazarında payızın ortalarında satış debütü etməlidir. Yerli bazarda Tiggo 8 Plus krossoveri 195 at qüvvəli 1,6-litrlik benzin turbomühərriki və yeddi pilləli Getrag preselektiv "robotu" ilə təklif ediləcək. Eyni güc qurğusu standart Tiggo 8 modelində də quraşdırılır. Chery Tiggo 8 modelində olduğu kimi, yeni krossover də ön ötürməlidir.
Chery Tiggo 8 Plus modelinin qiymətləri onun rəsmi təqdimatına yaxın zamanda elan ediləcəkdir. Böyük ehtimalla, yeni model qabaqcıl avadanlıq və zəngin opsiyalar siyahısı sayəsində Tiggo 8 krossoverinin top versiyasından bir qədər bahalı olacadır. Çində 1.6-litrlik mühərriklə təchiz edilmiş Chery Tiggo 8 modelinin ən bahalı versiyası 155.9 min yuana (34 min manata) satılır.